Meteohəssas insanlara 3 günlük XƏBƏRDARLIQ

 Related image

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhərlər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.






Fikirlər