47 ölkənin uşaq həkimləri və ürək-damar cərrahları Bakıya gəlir
Bu barədə Mərkəzi Neftçilər xəstəxanasından məlumat veriblər.
Xəbərdə deyilir ki, Heydər Əliyev Mərkəzi və Səhiyyə Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək konfransa 47 ölkədən pediatr, kardioloq və ürək-damar cərrahları gələcək.
Xatırladaq ki, hər il 20 noyabr Ümümdünya Uşaqlar Günü kimi qeyd olunur.
Xəstəxanadan onu da qeyd ediblər ki, konfransda pediatriya, kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrinin əsas istiqamətlərini əhatə etməklə anadangəlmə ürək qüsürlarının diaqnostikasında, müalicəsində ən son yeniliklər müzakirəyə çıxarılacaq.