Uşaqlar arasında kəskin virus yayılıb

Uşaqlar arasında kəskin virus yayılıbBayram günlərində Bakıda təcili tibbi yardım stansiyalarına uşaqlarla bağlı 400-450 müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) ANS PRESS-ə verilən məlumata görə, bayram günlərində BŞTTTYS-yə 16 500-ə yaxın müraciət daxil olub.
Onlardan 2300-ü xəstəxanaya yerlədirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyətinin insult, ürək-damar xəstəlikləri, doğuşla əlaqədar olduğu bildirilir. Həmin günlərdə uşaqlarda kəskin respirator xəstəliklərlə bağlı olan müraciətlərin sayı artıb: “Uşaqların xəstəlikləri epidemioloji xarakter daşımır. Adi günlərdə stansiyaya uşaqlarla bağlı 200-220 müraciət daxil olurdusa, bayram günlərində belə cağırışların sayı 400-450-ə catıb”.






Fikirlər