Şeyxin qudası məhkəməyə gəlmədi – “QRİP OLMUŞAM…”

rrr1507273358

Eks-deputat Qalib Salahzadə Çingiz Qənizadə ilə bu günkü məhkəmə prosesində şəxsən iştirak etməyəcək.

Bu barədə Modern.az-a Qalib Salahzadə özü məlumat verib.

O, bildirib ki, qrip olduğu üçün məhkəmədə iştirak edə bilməyəcək.

“Qrip olmuşam. Məhkəməyə vəkilimi göndərəcəm. O, iştirak edər”.

* * *

Məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə düşüb.

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Ziya Şirinov bildirib ki, Qalib Salahzadə məhkəməyə gəlmədiyi üçün proses təxirə salınır.

Proses oktyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.






Fikirlər