Deputat Qalib Salahzadəni məhkəməyə VERDİ

Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə verib.

AzerTaym.az xəbər verir kİ, bu barədə "Report"a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.
Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R.Mustafayev qeyd edib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.
R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsidir.






Fikirlər