Ayaz Mütəllibov vəzifə gözləyir

Ayaz Mütəllibov vəzifə gözləyirKeçmiş prezident Ayaz Mütəllibov vəzifə gözləyir.

"Azadlıq" qəzetinin yazdığına görə, sabiq prezident bildirib ki, əgər ona hər hansı iş təklifi gəlsə, dəyərləndirər. Mütəllibovun sözlərinə görə, hələ ki, hər hansı işlə bağlı təklif almayıb.

"Belə təşəbbüs olmayıb. Amma düşünürəm ki, iş təklifi ola bilər. Mən etikanı gözləyən adam olmuşam. Ona görə də iş təklifi olsa, məmnuniyyətlə qəbul edərəm. İş olmasa da min şükür edirəm. Vətəndə olmağın, yaşamağın özü də böyük işdir. Zarafat deyil, 20 il vətəndən qürbətdə yaşayan insanın sonradan öz ölkəsinə qayıtması, ailəsinə dönməsi də böyük nailiyyətdir. Şükür olsun ki, vətənə qayıtdım" - deyə keçmiş prezident vurğulayıb.






Fikirlər