19.03.2014. - “Gelandewagen”lə iki adam öldürən məmur oğlunu 10 ilədək həbs gözləyir

19.03.2014. -  “Gelandewagen”lə iki adam öldürən məmur oğlunu 10 ilədək həbs gözləyirXalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşının və nəvəsinin ölümünə səbəb olan məmur oğlunu 5 ildən 10 ilədək həbs gözləyir”.

Bunu virtualaz.org saytına açıqlamasında tanınmış vəkil Aslan İsmayılov bildirib.

Xəbər verildiyi kimi, Suraxanı Rayon Məhkəməsi qəzanı törədən şəxs ARDNŞ-in Xəzər Dəniz Neft Donanması idarəsinin keçmiş rəisi, həmin qəzaya qədər “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəis müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

M.Mədətov ən korrupsiyalaşmış strukturlardan birinə rəhbərlik edib. O, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

19.03.2014. -  “Gelandewagen”lə iki adam öldürən məmur oğlunu 10 ilədək həbs gözləyir

Azərbaycanda hər il az qala 1500 nəfərin öldüyü ağır yol qəzalarını törədən şəxslərin əksər hallarda ya şərti cəza aldığı, ya da cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə həbsə məhkum olunduqları məlumdur.

Vəkil A.İsmayılov deyir ki, “Mercedes-Benz G63 Gelandewagen” markalı avtomobilin sürücüsü, sərxoş halda ağır qəza törədən, iki nəfəri, o cümlədən bir azyaşlı uşağı öldürüb üç nəfəri yaralayan Xalid Mədətov Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsi ilə ittiham olunur. Məhkəmədən sonra o, cəzasını həbsxanada ümumi rejimdə çəkəcək.

19.03.2014. -  “Gelandewagen”lə iki adam öldürən məmur oğlunu 10 ilədək həbs gözləyir

A.İsmayılovun sözlərinə görə, X.Mədətovun törətdiyi cinayət kifayət qədər ağırdır və ehtiyatsızlıqdan törədilmiş yol qəzaları ilə müqayisə oluna bilməz: “Lakin məhkəmənin kifayət qədər imkanlı şəxs olan “Xəzər Dəniz Donanması” QSC-nin keçmiş sədr müavininin (prezident İlham Əliyev oğlunun qudurğan cinayət əməlinə görə artıq onu işdən qovub-red.) oğluna hansı cəzanı verəcəyi hələ məlum deyil. Çünki ölkədə məhkəmə sisteminin necə korrupsiyalaşdığı məlumdur. Azərbaycan məhkəmələrində hər şey baş verir. Əslində ya günahsızlar cəzalandırılanda, ya da günahkarlar cəzasız qalanda cəmiyyət bədbəxt olur. Amma Azərbaycanda ikisi də bir arada baş verir. Həm günahsızlar cəzalandırılır, həm də günahkarlar cəzadan yayınırlar. Buna görə də qəzanı törədən şəxsin necə cəzalandırılacağı məlum deyil”.

A.İsmayılovun fikrincə, Cinayət Məcəlləsi sərxoş halda yüksək sürətlə can alanları ağır şəkildə cəzalandırmağa imkan verir: “Qanunvericilikdə bu kimi cinayətlərlə bağlı boşluqların olduğunu deyənlər yanılırlar. 10 il kifayət qədər ciddi cəzadır. Amma qanunlar yerinə yetirilməlidir”.

Vəkil bahalı avtomobillə qəzalara səbəb olanların məmur valideynlərinin günahkar olduqlarını dedi: “O gəncləri ataları bədbəxt edir. İndi ölkəmizdə oğurlanmış pullarla dəbdəbəli həyat yaşamaq fərasət sayılır. Millətdən oğurlanan pulların hesabına alınmış maşınlar sosial şəbəkədə qürurla nümayiş etdirilir. İndi varlılar varlılığından, kasıblar isə acından partlayır. Yol polisləri də avtoxuliqanlıq edən məmur övladlarından qorxur. Mənim isə o məmur balalarına yazığım gəlir”
.






Fikirlər