17.03.2014. - Adı açıqlanmayan oliqarx ABŞ-dan Bakıya yarım milyonluq eksklüziv “Galendewagen” gətizdirdi - (Fotolar)
ABŞ mətbuatının verdiyi xəbərə görə, sifarişinin istəyi əsasında 5.5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.
Həmçinin sifarişçinin istəyinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində onun eksklüziv olduğunu göstərən yeniliklər edilib.
Amerikalı tüninqçilər avtomobilə həmçinin yeni təkər və disklər qoyub. Amerikanın avtomobil saytlarının birində yer alan xəbərə görə, avtomobil artıq Azərbaycan gömrüyünü keçərək ölkəyə daxil olub və sifarişçiyə çatdırılıb.
Xəbərdə o da vurğulanır ki, 2014-cü ilin modeli olan “Mercedes-Bens G63 AMG” avtomobillərinin “Hennesy” şirkəti tərəfindən tüninq edilmiş variantının qiyməti 500 min dollara qədər çıxa bilər.
Beləliklə, Azərbaycan yollarında hərəkət edən digər nəqliyyat iştirakçıları ehtiyat tədbirlərini daha da artırmalı, mümkün olsa, hətta yola çıxmamalıdır. Çünki onsuz da “tank gücündə” olan “Galendewagen”in tüninq edilmiş variantına sahib olan naməlum azərbaycanlı oliqarx, yaxud onun oğlu onunla qarşısına keçənləri əzib keçə bilər. Necə ki, Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu “Galendewagen”i bərk sərxoş vəziyyətdə, quduzcasına yüksək sürətlə idarə edərək xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə etdiyi “VAZ-2106” avtomobilini darmadağın edib. Nəticədə məşhur sənətçinin həyat yoldaşını və azyaşlı nəvəsini öldürüb, üç nəfəri isə yaralayıb.
Söz yox, məmur oğlu bu dəhşətli cinayətə görə artıq həbs olunub. Amma bu, onun günahı, daha doğrusu, əhlikefliyi üzündən həyatını itirən insanları geri qaytarmır axı...