«Müsavat»Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERƏCƏK

«Müsavat» Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.

"AzerTaym.az" "Report"a istinadən xəbər verir ki, bunu partiyanın başqanı Arif Hacılı deyib.

O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir. 

Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-"Elmlər Akademiyası" və "Azadlıq prospekti" metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.






Fikirlər