Nazirlik Nazirlər Kabinetinin qərarını heçə sayır - Generalın xatirəsinə sayğısızlıq/ FOTO

Bu ilin sentyabr ayında adı dəyişdirilən Bakı şəhərindəki 8 nömrəli orta məktəbin müdiriyyəti təhsil müəssisəsinə adı verilən alimə qarşı hörmətsizlik edir.

BakuPost.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə məktəbdən Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun adı alınaraq, təhsil ocağına kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adı verilib. Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Lakin qərardan və verilən tapşırıqdan 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, məktəbin girişindəki lövhədə Loginovun xatirəsi hələ də yaşadılır. Müdiriyyət K. Kərimovun adı əks olunan lövhəni hazırlatdırıb, məktəbin girişinə yerləşdirmir. 
Bu isə general Kərim Kərimovun yaxınlarının narazılığına səbəb olub. Onlar bununla məktəb rəhbərliyinin görkəmli alimin xatirəsinə hörmətsizlik edildiyini hesab edir. 
Hətta məlumata görə, məktəbdə bu gün təşkil olunan tədbir də, bu lövhəyə görə təxirə salınıb. K.Kərimovun yaxın adamları lövhəni gördükdən sonra məktəbin ərazisinə daxil olmayıblar.  
Məsələ ilə bağlı 8 nömrəli orta məktəbin rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz oldu. 
Qeyd edək ki, Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1959-cu il 20 iyun tarixində verilib. Məktəb 58 il müddətində Loginovun adını daşıyıb.
 

 






Fikirlər