Prezident İlham Əliyev Belçikaya gedir - NATO-nun BAŞ KATİBİ İLƏ görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev Belçikada NATO qərargahına baş çəkəcək.
NATO-dan verilən xəbərə görə, noyabrın 23-də Brüsseldə Şimali Atlantika Alyansının qərargahında Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.
Prezident İlham Əliyev həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edəcək/Report.