Putin qərarını rəsmən ELAN ETDİ
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan etdi. Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Putin bu haqda Nijni-Novqorodda “QAZ” avtomobil zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib. “Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - Putin deyib. Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.