Deputat-rektorun bankından oğurluq edənlər tutuldu
"Qafqazinfo" bildirir ki, onlar “Muğanbank” ASC-dən oğurluq etmək istəyiblər.
Adı çəkilən şəxslər Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil veriliblər.
Bankın filialında quraşdırılan videokameralara baxış zamanı Ə.Bədəlovun və K.Bakirovun “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd göstərdikləri müəyyən edilib.
Onlar dekabrın 29-da saat 01 radələrində isə Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstəriblər. Bu zaman həbs olunublar.
Qeyd edək ki, “Muğanbank” Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyev və kürəkəninə məxsusdur.