Ərdoğan Əliyevə ZƏNG ETDİ

Image result for ərdoğan və ilham əliyev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ərdoğan Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İ.Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Əliyev və Ərdoğan il ərzində keçirilən çoxsaylı qarşılıqlı səfərləri və görüşləri məmnunluqla xatırlayıb və əmin olduqlarını bildiriblər ki, bu təmaslar gələn il də davam edəcək.






Fikirlər