İşdən çıxarılan həkimdən növbəti bir ŞOK açıqlama

Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu.

Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

AzerTaym.az xəbər verir ki, Səbinə Məmmədova unikal.org-a növbəti açıqlamasında bildirib ki, Həqiqət Qədirova Səhiyyə Naziri Oqtay Şirəliyevin tələbə yoldaşı olduğuna görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edir:
"Ona görə də mən məsələnin araşdırılmasına görə, möhtərəm prezident İlham Əliyev, 1-ci vitse prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Mən bu xalatı Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə, geyinmişəm. Ulu öndərimiz Heydər Əliyevə söz verdiyim kimi ömrümün sonuna qədər Səhiyyəmizin keşiyində qalacağam!”.
Xatırladaq ki, dünən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Unikal.org-a işdən azad olunan Səbinə Məmmədova ilə bağlı açıqlama verib. O deyib ki, Səbinə Məmmədova yayılan məlum video ilə bağlı deyil, aşağıdakı səbəblərdən tutduğu vəzifədən kənarlaşdırılıb: "Səbinə Məmmədovanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirova ilə bağlı iddaları olub. Sözügedən məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, iddiaları əsassızdır və sözügedən video ilə heç bir bağlılığı yoxdur. Onun işdən uzaqlaşdırılmasının əsas səbəbi, iş yerini özbaşına tərk etmə, işdən icazəsiz qalma və ən əsası rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etməməsi olub”.
Liya Bayramova onu da deyib ki, Səbinə Məmmədova İnstituta qarşı bu cür yalan informasiyaları mətbuata ötürməkdə davam edərsə o, Səhiyyə Nazirliyinin "Qara siyahısı”na salınacaq.






Fikirlər