Mirşahin həyat yoldaşı haqqında: “Bu MƏLUMATI yayanın..."
ANS şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mir Şahin Ağayev həyat yoldaşı Səbinə Ağayevanın işdən ayrılması barədə xəbərlərə aydınlıq gətirib. Publika.az-a açıqlamasında Mir Şahin bu məlumatı yayanın sahibinin sifarişini anlamadan icra etdiyini vurğulayıb: "Səbinə Heydərova və Mirşahin Ağayev Vahid Mustafayevlə bir ailənin üzvüdür. Vahid Mustafayev ANS Şirkətlər Qrupunun prezidentidir. Mirşahin Ağayev də ANS-in baş direktorudur. Onların arasında yalnız işgüzar münasibətlər yoxdur, həm də uzun illərdir ki, dostdurlar. ANS-də süni qalmaqallar yaradan və belə qalmaqalların mətbuata çıxmasında maraqlı olan şəxslər ünvanı düz seçməyiblər. Belə məlumatlar, dezinformasiyalar yayan qurumlar məhkəmə qarşısında cavab verəcəklər”. Səbinə Ağayevanın ANS-dən getməsini isə Mir Şahin analıq məzuniyyəti ilə əlaqələndirib: "Səbinə analıq məzunyyətindədir. Uşaqlarla bağlı çətin vəziyyət yaşadığı üçün işini yarımçıq saxladı. Analıq məzuniyyətini başa vurandan sonra ANS-də yenidən işini davam etdirəcək”. Qeyd edək ki, Mir Şahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova mart ayından məzuniyyətdədir. ANS-dən ayrıldığı deyilən Sevda Həsənova isə Aznews.az-a açıqlamasında atasının dünyasını dəyişdiyi üçün işə çxa bilmədiyini qeyd edib: "Atam rəhmətə gedib. Bu səbəblə işə çıxmıram. Yayılan xəbərlər həqiqəti əks etdirmir”.