Azərbaycanda NÖVBƏDƏNKƏNAR prezident seçkisi TƏYİN OLUNDU
Prezident İlham Əliyev növbədənkənar Azərbaycanda prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. “AzerTaym.az”-ın xəbərinə görə, sərəncamda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.