İlk prezident növbədənkənar Prezident seçkiləri ilə bağlı QƏRARI DƏSTƏKLƏDİ

Related image

Ayaz Mütəllibov: “Yəqin ki, bu qərar Azərbaycanın ali dövlət maraqlarına xidmət edən bir qərardır...”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən  Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-ə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşıırılıb.

Dövlət başçısının sözügedən sərəncamına bir sıra siyasi dairələr artıq münasibət bildirib. 
Moderator.az Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun da Prezident seçkilərinin vaxtının ertələnməsi ilə bağlı düşüncələrini öyrənib.
Eks-prezident Azərbaycanın hazırkı Prezidentinin  son qərarını dəstəklədiyini ifadə edib:Dövlət başçısının belə bir qərar verməsinə münasibətimiz, əlbəttə ki, müsbətdir. Yəqin ki, bu qərar Azərbaycanın ali dövlət maraqlarına uyğun olan bir qərardır. Biz həmişə demişik ki, belə işlər bilavasitə ölkə Prezidentinin səlahiyyətində olan məsələlərdir. Və əgər Prezident belə bir qərar veribsə,  biz də onu dəstəkləyirik...”






Fikirlər