Artur Rasizadə HESABAT verəcək
Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatın Mİlli Məclisdə martın 16-da müzakirəyə çıxarılması gözlənilir. APA-nın məlumatına görə, illik hesabatın MM-ə martın əvvəllərində daxil olması və qeyd olunan tarixdə müzakirəsi nəzərdə tutulur. Hesabatı baş nazir Artur Rasizadə təqdim edəcək.