Artur Rasizadə hesabat verməyə HAZIRLAŞIR
Milli Məclisin qış tətili bitdikdən sonra komitələr işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək. Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq. Modern.az saytının məlumatına görə, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək. Qeyd edək ki, bu prosedur, “Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Daha sonra isə hesabatın müzakirəsi başlanır. Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur, deputatlara paylanılır. AzerTaym.az