Hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin MAAŞLARI ARTDI - SƏRƏNCAM

Hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin maaşları artdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

 "AzerTaym.az" xəbər verir ki, Sərəncamda bunlar qeyd olunur:

Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə nazirliynin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.






Fikirlər