Ermənistanda PANIKA: “Sizi ITKILƏR GÖZLƏYİR...”

ABŞ-dakı qəfil dövlət katibi dəyişikliyi İrəvanı qorxudub; işğalçı ölkəyə qarşı növbəti ittiham; tanınmış amerikalı analitik: “Ermənistan Moskvanın satelliti və İranla Rusiyanın ən yaxın müttəfiqidir, ona görə də...”

Başa satmaqda olan həftənin mühüm hadisələrindən biri də ABŞ dövlət katibi Reks Tillersonun vaxtından əvvəl öz vəzifəsindən uzaqlaşdırılması oldu. Xəbər verildiyi kimi, prezident Donald Tramp onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeounun namizədliyini irəli sürüb. Senat bu təyinatı təsdiqlədikdən sonra yeni dövlət katibi fəaliyyətə başlayacaq. Pompeo isə İrana münasibətdə daha sərt mövqeyi ilə tanınır.

Tillersonun istefasının başlıca səbəbi məhz İranla bağlı fikir ayrılığı göstərilir. Maraqlıdır ki, gözlənilən təyinat ən çox işğalçı Ermənistanda narahatlıq doğurub. Motiv isə Amerikanın yeni dövlət katibinin təcavüzkar ölkə üçün “nəfəslik” rolu oynayan İranla bağlı yürüdəcəyi daha sərt siyasi kursla bağlıdır.

“Pompeonun təsdiqlənəcəyi təqdirdə mən İrana münasibətdə sərt siyasətin aparılacağını gözləyirəm. Bilmirəm, bu, Ermənistana təsir edəcək, ya yox, amma o da mümkündür. Qalır səbir eləmək və gözləmək: Ağ Ev Qafqaz istiqamətində ciddi səylərə baş vuracaqmı - hansı səylər ki, əvvəllər olmayıb. Ermənistan itkilərlə üzləşə bilər, nədən ki, həm İran, həm də Rusiya ilə olduqca sıx münasibətlərə malikdir və o, həqiqətən Moskvanın satellitidir”.

Trump tillerson ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am erməni nəşrinə açıqlamasında tanınmış amerikalı analitik, ABŞ-ın “beyin mərkəzləri”ndən sayılan Amerika Xarici Siyasət Şurasının böyük elmi əməkdaşı Stiven Blank yeni dövlət katibi təyinatının İran-Ermənistan əlaqələrinə mümkün təsirindən danışarkən deyib.

*****

Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Dan Barton “The Daily Caller” nəşrində dərc edilmiş məqaləsində işğalçı ölkəni Amerika maraqları əleyhinə İranla əməkdaşlıqda ittiham eləmişdi.

Sitat: “Ermənistanın İran və böyük ölçüdə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərq regionundakı maraqlarını təhdid edir. Belə ki, Ermənistanın sayəsində Rusiya və İran ABŞ-ın sanksiyalardan yayınmaq imkanları qazanıb. Rusiya və İran İrəvanın iki əsas müttəfiqləridir. İran Ermənistanla dəmir yol əlaqəsi yaratmağa çalışır, Ermənistan regionda İran qazının ən iri istifadəçisidir. 2014-cü ilin mayında İranla Ermənistan arasında gündəlik aviareyslər artırılıb”.

Barton Amerika maraqlarına daha bir təhlükə kimi İranın Ermənistan və hətta işğal altındakı Dağlıq Qarabağdakı banklar üzərindən çirkli pulları yumaq üçün istifadə edə biləcəyini göstərib. “Situasiya indi daha təhlükəlidir. Ermənistan Qərbi əmin edib ki, onun bank sektoru ciddi nəzarət altındadır və İran erməni bankları üzərindən pulların yuyulmasını həyata keçirə bilməz. Lakin ABŞ rəsmi şəxslərinin sözlərinə görə, İranın Ermənistan tərəfdən işğal edilmiş Dağlıq Qarabağdakı erməni banklarına sərbəst çıxışı var, oradan İran vəsaitləri özünün nüvə və raket proqramlarının genişləndirilməsi, habelə Yaxın Şərqdəki terrorçu təşkilatların maliyyələşdirilməsi üçün istifadə edə bilər”, - deyə o, qeyd eləmişdi.

“Yeni Müsavat” xatırladır ki, bundan öncə Amerikanın Ermənistandakı səfiri Riçard Millz işğalçı ölkənin də Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyaların təsiri altına düşə biləcəyi barədə xəbərdarlıq eləmişdi. Bu üzdən Ermənistanda güclənməkdə olan panika əslində anlaşılandır: İrəvanın iki əsas müttəfiqi - Rusiya və İran getdikcə daha sərt şəkildə ABŞ-ın hədəfinə gəlməkdədir.

*****

Azərbaycan-Türkiyə-İran-Gürcüstan ile ilgili görsel sonucu

İranın işğalçı Ermənistanla isti münasibətləri çoxdan məlumdur. Hərçənd, bu da var ki, Tehran xüsusən də son illər bölgədə Azərbaycan, Türkiyə və hətta Gürcüstanla sıx əməkdaşlığa can atır, ortaq iqtisadi, kommunikasiya layihələrinin iştirakçısı kimi çıxış edir. Elə srağagün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib, faktiki, 4 ölkə arasında münasibətlərin yeni “Yol xəritəsi” müəyyən edilib. “Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır”. Bunu da Bakıda İran XİN başçısı M. Zərif demişdi...

*****

ABŞ-a, NATO-ya ile ilgili görsel sonucu

Göründüyü kimi, “4-lü format”ın tərəfdaşları arasında Qərbə, ABŞ-a, NATO-ya birmənalı kurs götürmüş Gürcüstan da var. Lakin bu, iki və çoxtərəfli əlaqələr legitim olmaqla yanaşı, ilk növbədə qarşılıqlı faydalı əməkdaşlıq niyyəti güdür. Ermənistanın timsalında isə söhbət həm də ABŞ-ın “soyuq müharibə” vəziyyətində olduğu Rusiyanın 1 nömrəli müttəfiqi və forpostundan və İranın onun üzərindən “çirkli pullar” yuya biləcəyi bir müti, asılı ölkədən gedir. Bu üzdən ABŞ-da yeni dövlət katibi təyinatından ən çox Ermənistanın təlaşlanması tamamilə məntiqlidir. Yəni İrəvanın üzləşdiyi seçim Bakı və Tiflislə müqayisədə qat-qat qəliz görünür...






Fikirlər