SON DƏQİQƏ: TÜRK Ordusu Afrinin mərkəzinə GİRDİ
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “ Zeytun Budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə doğru hərəkətə başlanılıb. “A24.az”ın Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, ASO qüvvələri bu gün səhər saatlarında şəhərin PKK/YPG terrorçularından təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən daxil olmağa başlayıb. ASO qüvvələrinin irəliləyişi davam edərkən, şəhər mərkəzindən tez-tez silah və partlayış səsləri eşidilir. Bundan başqa, Türk döyüş təyyarələrinində Afrin səmasında uçduğu müşahidə edilir. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.