“RUSİYADAKI bəzi QÜVVƏLƏR imperiya AMBİSİYASından vaz keçməyib”- ŞİMAL TƏHLÜKƏSİ
Təhlilçilər Vladimir Jirinovskinin “gələcəkdə Tacikistan və Azərbaycan da Rusiyaya birləşəcək” açıqlamasını təsadüfi saymır Azərbaycan və Türkiyə əleyhinə açıqlamaları ilə vaxtaşırı gündəmə gələn Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenə də ölkəmizi təhdid edən mövqe nümayiş etdirib. Prezident seçkilərində təxminən 6 faiz səslə üçüncü olmuş Jirinovski tezliklə siyasətdən gedəcəyi barədə məlumatlara “Telegram” sosial şəbəkəsində reaksiya verib. O, elan edib ki, siyasətdən tezliklə getməyəcək, əksinə, gələcəkdə Rusiyaya başçılıq edəcək, üstəlik Azərbaycanı da Rusiyaya “birləşdircək”. Bu haqda “Rossiyskaya qazeta” yazıb. V.Jirinovski 2036-cı ildə Kremlin önündə “200 minlik kütlə” qarşısında vida çıxışını da onun siyasətdən getməsini “səbirsizliklə gözləyən” jurnalistlərə cavab olaraq indidən Telegram-kanalda yerləşdirib. (Virtualaz) Jirinovskinin proqnozuna əsasən, gələcəkdə nəinki Rusiyada dövlət institutları, eləcə də dövlət sərhədləri dəyişəcək. Ölkəni prezident yox, dövlət şurasının sədri idarə edəcək. Həmin şura Jirinovskini Rusiyanın “ali hökmdarı” seçəcək. Ölkədə “əsl demokratiya erası” başlayacaq. V.Jirinovskinin proqnozuna görə, gələcəkdə Tacikistan və Azərbaycan da (!) Rusiyaya birləşəcək. Partiya sədri bundan əvvəl də Azərbaycan və digər keçmiş sovet respublikalarının “Rusiyanın tərkibinə geri qayıdacağı” barədə proqnozlar verib. Bundan əvvəl isə o, V.Jirinovski “Hər şey Rusiya üçün” nəşrinə müsahibəsində Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasını təklif etmişdi. “Qarabağ problemi – qaynar nöqtə artıq 30 ildir tüstülənir. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə oxşar problemlər var. Yalnız bir həll yolu var – milli sərhədlərin saxlanılması şərtilə Rusiya ilə federasiya şəklində birləşmə. Mən bütün keçmiş SSRİ ölkələri haqda danışıram. Əlbəttə, yalnız könüllü əsasda, referendumlar vasitəsilə. Biz belə fikir ayrılıqlarını yalnız vahid dövlət çərçivəsində aradan qaldıra biləcəyik, orada incikliklər üçün əsaslar olmayacaq ki, kimsə başqasının torpağını tutdu – o, tam bizim olacaq – ümumi”-Jirinovski demişdi.
Düzdür, bir neçə il əvvəl Bakıya dəvət olunan və burada görüşlər keçirən V.Jirinovski bir müddət Azərbaycan və Türkiyə əleyhinə bəyanat və açıqlamalarına “Stop” dedi. Lakin müəyyən fasilədən sonra o, yenidən öz ampulasına qayıtdı, son bəyanatları da bunu təsdiqləyir. Bəzi müşahidəçilər hesab edir ki, əslində V.Jirinovski yeni dönəm üçün prezident seçilən V.Putinin planlarının anonsunu edib. Son zamanlar Rusiyanın Azərbaycanla şimal sərhədlərində hərəkətə keçməsi, Dağıstan bölgəsindəki əməliyyatlar və s. kimi addımları da diqqətdən yayına bilməz. Görünən budur ki, Moskva təkcə postsovet məkanı ilə kifayətlənmək niyyətində olmadığını göstərir və öz çevrəsini genişləndirir. Belə ki, mətbuatın yazdığına görə, Şimali Koreyanın Çin və Cənubi Koreya ilə birgə tək quru sərhədi olan Rusiya ABŞ ilə yaşadığı ixtilafdan sonra gündəmdən düşməyən qonşusu ilə sərhədlərində körpü inşa etməyi planlaşdırır. Publika.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, bu barədə Rusiya Uzaq Şərq İnkişaf Nazirliyi məlumat yayıb. Açıqlamada iki ölkənin diplomatlarının sərhəddə inşa ediləcək yeni körpü üçün bir araya gələcəyi bildirilib. Körpünün sərhəddə yerləşən Tümen çayının üzərində qurulması planlaşdırılır. Yeni inşa ediləcək körpü iki ölkə arasında ilk dəfə quru nəqliyyatını təmin edəcək. Əvvəllər bu ölkələr arasında quru nəqliyyatı Çin vasitəsilə hərəkət edirdi. Rusiya və Çin arasında təxminən 20 kilometrlik sərhəd xətti mövcuddur. Körpü hər iki ölkə üçün iqtisadi və maddi önəmi ilə yanaşı, siyasi və simvolik əhəmiyyət də daşıyır. Belə ki, Şimali Koreya ilə Rusiya Soyuq Müharibə dövründə iki müttəfiq ölkə kimi görülürdü. SSRİ Şimali Koreyanın ən böyük maliyyə dəstəkçilərindən idi. Ancaq ittifaqın dağılmasından sonra bu ölkələrin münasibətləri də sona çatmışdı. Mətbuat yazılarında bildirilir ki, qonşular arasında sular 2000-ci ildə prezident Vladimir Putinin Pxenyana səfəri ilə isinməyə başlamışdı. Dünya ilə üz-üzə qalan Kremlin SSRİ-ni dirçəltmək planını işə sala biləcəyi real görünməsə də, istisna da olunmur. Bəs, ekspertlər nə düşünür, bu, bir plandır, yoxsa Jirinovskinin sadəcə arzusudur? Ola bilərmi ki, Putin növbəti müddət üçün bu planı reallaşdırmaq istəsin və Jirinovski də onun sözünü deyir? Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a dedi ki, V.Jirinovski siyasətdən gedən deyil: “Mən hələ Rusiyada könüllü şəkildə siyasətdən gedən kimsəni xatırlamıram. O ki qaldı Rusiyadakı üçüncü yerdə olan siyasi partiyanın başında olan şəxs. Bu, ciddi məsələdir. Digər tərəfdən, Jirinovski hər dəfə bizimlə bağlı ağzına gələni deyir. Bir çoxları bunu sərsəmləmə, cəfəngiyat kimi qiymətləndirsə də, əslində işin arxasında dayanan başqa mesajlar var. O, hər zaman Azərbaycanı xatırladır”.
Toğrul İsmayıl Politoloq partiya sədrinin dediklərini ciddiyə almağı zəruri sayır: “Unutmaq lazım deyil ki, Rusiyanın istəkləri var və Rusiyadakı bəzi qüvvələr imperiya ambisiyalarından vaz keçməyib. Jirinovski də ara-sıra xoş gəlsin deyə və yaxud Əslində bir tərəfdən də Rusiyaya təşəkkür etmək lazımdır ki, ara-sıra bu niyyəti bizə xatırladır. Bununla xəbərdarlıq edir ki, belə şeylər hər zaman ola bilər. Unutmaq olmaz ki, Rusiya bu gün açıq şəkildə Ermənistana dəstək verir, belə qüvvələr var. Jirinovski də həmin qüvvələrə xoş gəlsin deyə, bu sözləri deyir”. Politoloq Hikmət Hacızadə də qəzetimizə açıqlamasında səslənən iddiaları boşuna saymadığını vurğuladı: “Rusiya postsovet ölkələrini özünə birləşdirmək istəyir, bu, onun köhnə arzusudur. Bu, Kremlin arzularıdır və Jiriniovski onları səsləndirir”.
Hikmət Hacızadə H.Hacızadə qeyd etdi ki, Azərbaycan əleyhinə təhlükə plan həmişə olub: “Sadəcə bu gün o məsələ Jirinovskinin yadına düşüb, başlayib danışmağa”. Belə olan təqdirdə “bizim çıxış yolumuz nədir” sualı ortaya çıxır. Politoloq çıxış yolunu belə görür: “Möhkənlənmək, hərtərəfli islahatlar aparmaq, Qərblə ədavəti qurtarmaq lazımdır. Yeganə çıxış yolu budur”. Ekspert Şərq Tərəfdaşlığı sazişini imzalamağı da vacib sayır: “İmzalayanda nə olur ki? Ölkəmiz Rusiyanın idarəçiliyinə qismən keçir. Bir azdan isə müstəqilliyimizi itirə də bilərik...” Azərbaycan XİN isə V.Jirinovskinin bu açıqlamasını şərh etməyə ehtiyac görmür“Yeni Müsavat”.