SƏRKİSYAN Moskvaya, PUTİN Ankaraya - “BAKININ VARİANTLARI çoxdur...”

Ermənistanın yeni prezidenti ilk səfərini Rusiyaya edəcək - Kremldən əsas istək; İrəvanın Moskva və Ankaranı Naxçıvana görə toqquşdurmaq hədəfi realdırmı; rusiyalı politoloq: “Azərbaycan silahları təkcə bizdən almır...” 

Ermənistanın yeni prezidenti Armen Sərkisyan ilk rəsmi səfərini Rusiyaya edəcək.

“Yeni Müsavat”ın məlumatına görə, bu haqda danışarkən o, “Ermənistan rəhbərləri ilk rəsmi səfərini ənənəvi olaraq Rusiyaya edirlər, mən də ən yaxın zamanda Moskvaya baş çəkmək istəyirəm” deyib.

Ermənistanın gerçəkdə bir ucqar Rusiya quberniyası, daha dəqiqi, Kremlin forpostu olmasını nəzərə alanda təəccüblü deyil. Sərkisyan xaricə birinci rəsmi səfərini Rusiyaya da etməyib, hansı ölkəyə edəsidir ki. Ancaq bu ziyarət Ermənistan üçün yalnız rəmzi məna daşıya bilər. Çünki deyildiyi kimi, Ermənistan adında suveren, müstəqil xarici siyasət yürüdən dövlət yoxdur, Rusiyanın satelliti - “peyk ölkəsi”, vassalı var. Rusiya çoxdan Ermənistanın öz içindədir.

*****

Bu mənada Armen Sərkisyan indinin özündə elə Rusiya ərazisindədir. Belədə yeni prezidentin Moskva səfəri olsa-olsa, ağa-nökər münasibətlərinin növbəti təsbitindən ibarət ola bilər. Rusiyada Sərkisyan üçün əldən getmirlər. İrəvan bununla bir daha Kremlə qarşı öz ənənəvi sədaqətini göstərməklə əvəzində indiyədək ondan qopardığından daha çoxunu qoparmağa çalışacaq.                     

Söhbət hər şeydən öncə işğalçı ölkənin Azərbaycan və Türkiyə qarşısında daha etibarlı şəkildə qorunmasından və Qarabağ məsələsində Ermənistana “daha anlaşıqlı” münasibət göstərilməsindən gedir. Sərkisyan bu kimi qarantiyaları Rusiyadan almağa çalışacaq. Bu qarantiyalar kəskinləşən Rusiya-ABŞ (Qərb) münasibətləri fonunda ermənilər üçün xüsusilə vacibdir.

Sözsüz ki, silahlanma mövzusu da diqqət mərkəzində olacaq. Bəllidir ki, Moskva az öncə təcavüzkar ölkəyə “Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq üçün” 100 milyon dollarlıq silah üçün növbəti - üçüncü güzəştli kredit tranşı ayırıb. Eyni zamanda Azərbaycanla imzalanan ikitərəfli müqavilələr əsasında, dünya bazarı qiymətinə Bakıya silah tədarükü davam edir. Erməni tərəfinə isə silahlar daxili bazar qiymətinə, yəni daha ucuz verilir.

*****

Bu arada tanınmış rusiyalı politoloq Aleksandr Skakov “Joxovurd” erməni qəzetinin əməkdaşı ilə söhbətində Rusiya ilə Azərbaycan arasında davam edən silah ticarətindən danışarkən belə bir ifadə işlədib ki, “Azərbaycan bu silahları nə Ermənistan, nə də Rusiyaya qarşı işlətməməlidir”.

armen sarkisyan ile ilgili görsel sonucu

Ancaq Azərbaycan heç bir ölkəyə hücuma hazırlaşmır - o ki ola Rusiyaya. Bakının milyardlar xərcləyib aldığı müasir bahalı silahları vitrinə qoymaq fikri də yoxdur. Yəni işğal rejimi daha da uzanarsa, onlar hər an işə salına bilər - şəksiz ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində.

Əgər Moskva Azərbaycana satdığı silahların Qarabağda separatçı-terrorçulara qarşı işlədilməsini də arzulamırsa, o zaman zəhmət çəkib konfliktin dinc həllinə töhfə versin. Yoxsa belə qənaət yaranır ki, Kreml Qarabağ konfliktini süni surətdə uzatmaqla Azərbaycan və Ermənistanı öz təsir zonasında saxlamaqla yanaşı, varlanmaq niyyəti də güdür.

Hərçənd rusiyalı politoloq Skakov haqlı olaraq qeyd edir ki, Bakının silah əldə etməsi üçün Rusiyadan savayı başqa variantları kifayət qədərdir: “Bu, variantlar çoxdur. Biri elə silah ixracatçısı İsrail. Yəni Azərbaycan təkcə bizdən - Rusiyadan asılı deyil. O haqda danışmaq lazımdır ki, necə eləmək ki, regiona silah satılmasın. Onu da nəzərə alın ki, Ermənistanda Rusiya hərbi bazası yerləşdirilib”.

Erməni nəşri sonda qeyd edir: “Mövcud qüvvələr nisbətini belə anlamaq olar ki, Rusiya və Azərbaycanın ümumi maraqları olduğu kimi, aralarında ziddiyyətlər də var. Onlar məlumdur. Bu halda Rusiyanın da əleyhinə işlədilə biləcək islahların Azərbaycana verilməsi məntiqli deyil”.

armen sarkisyan Putin ile ilgili görsel sonucu

*****

Əlbəttə, işğalçı tərəf çox arzulayır ki, Qarabağa görə yeni müharibə olacağı təqdirdə Rusiya Ermənistan tərəfdə konfliktə qoşulsun, Azərbaycan Rusiya ilə də toqquşsun. Hiyləgər ermənilər üstəlik Türkiyəni də şimal qonşumuzla toqquşdurmaq üçün əldən gedirlər. Bu, onlara xüsusən də yüksəlişdə olan Ankara-Moskva münasibətlərini pozmaq üçün çox lazımdır.

Naxçıvan tərəfdən Ermənistana hücum ola biləcəyi barədə erməni mediasında son vaxtlar gedən təlaşlı yazılar məhz buna xidmət edir - Rusiyada Azərbaycan və Türkiyəyə qarşı etimadsızlıq yaratmaq. İstisna deyil ki, Qarabağda yeni hərbi əməliyyatların qızışacağı təqdirdə ermənilər Naxçıvan istiqamətində məhz bu məqsədlə təxribata əl atsınlar.

Putin erdoğan ile ilgili görsel sonucu

Xatırladaq ki, Türkiyə ilə sərhəddən fərqli olaraq, Azərbaycanın Naxçıvanla sərhədini erməni hərbçilər qoruyur (İran və Rusiya sərhədlərinə rus hərbçilər nəzarət edir). Bu xüsusda az öncə 1 in.am erməni nəşrinə danışan Ermənistanın Gömrük Xidmətinin keçmiş rəisi Yerdcanik Abqaryan maraqlı bir fikir söyləmişdi. Sitat: “Əvvəlcədən bəlli idi ki, rusların birgə hərbi qruplaşma yaratmaq cəhdlərinin hədəfi Naxçıvanla sərhədi nəzarətə götürmək idi. Bu gün artıq bəllidir ki, bəzi erməni komandirlər hərbçilərə Azərbaycan tərəfdən olan atəşə reaksiya verməyi qadağan ediblər və hətta bu istiqamətdə atəş açanları şəxsən özlərinin vuracağını söyləyiblər. Əlavə edək ki, Rusiya hərbi polisi Gümrüdə, İrəvanda, Naxçıvanla və İranla sərhəddə olan Mehridə yerləşdiriləcək. Onların fəaliyyət sferası ilə bağlı çoxlu suallar var”.

*****

Bu sitatdan bir daha qənaət hasil olur ki, Moskvanın izini olmadan ermənilər Naxçıvan, Türkiyə istiqamətində təxribata əl ata bilməzlər. Rusiya bunda maraqlı da deyil. Çünki Azərbaycan və Türkiyə ondan ötrü Ermənistandan az önəm kəsb eləmir. Demək, Ermənistanda hər mənada möhkəmlənmiş Moskva istəsə, Qarabağ məsələsində də erməniləri ağla gətirib real irəliləyişə sövq edə bilər - əgər Azərbaycan və Türkiyəni həmişəlik qazanmaq istəyirsə.

Xatırladaq ki, Vladimir Putin prezident seçiləndən sonra xaricə ilk rəsmi səfərini Ermənistana və yaxud Belarusa yox, məhz Azərbaycanın 1 nömrəli müttəfiqi Türkiyəyə edib. Bunun özü də İrəvana iki qardaş ölkənin önəmi barədə aydın bir mesaj olmalıdır. Hər halda, Azərbaycan və Türkiyə prezidentləri seçkilərdən sonra ilk səfərlərini Rusiyaya deyil, bir-birilərinə edirlər. 11 apreldən sonra da yəqin ki, belə olacaq...

AzerTaym.az






Fikirlər