İŞDƏN ÇIXARILAN nazir və komitə sədrinin aqibəti NECƏ OLACAQ?

İşdən çıxarılan nazir və komitə sədrinin aqibəti necə olacaq?

Keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri təyin edilə bilər. 
AzerTaym xəbər verir ki, bu haqda məlumatı azpolitika.az saytı yayıb. Sayt iddia edib ki, R. Həsənov hazırda vurulmuş kadr deyil, onun yenidən hökumətdə yer alacağı gözlənilir. Hətta ən pis halda onun yenidən əvvəlki sahəsinə qaytarılacağı, səfir kimi xarici ölkələrdən birinə göndəriləcəyi ehtimal edilir: "Ramiz Həsənovun qardaşı Dursun HəsənovAzərbaycanın Gürcüstandakı indiki səfiridir, qayını Elxan Poluxov da uzun illərdir ki, diplomatik xidmətdədir".
Sayt keçmiş nazir Səlim Müslümov haqda da maraqlı xəbər yayıb. Bildirilir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən yolda alıb. Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. "Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı”, - deyə mənbə bildirib.






Fikirlər