24.07.2014- Ramiz Həsənovun biabırçı təyinatı - "Bariqa"ya vəzifə verildi, rayon ayağa qalxdı
Rayon sakinləri qaranlıq işlərdə və kirli qaçaqmalçılıq biznesində adı hallanan bir şəxsin rayonda vəzifə almasına etiraz edirlər. Hətta Xaçmaz rayon sakinlərinin bu barədə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayeva müraciət etdiyi bildirilir.
Bu barədə Xaçmazdan daxil olan məlumatda bildirilir ki, Xaçmazda "bariqa Əkiş" kimi tanınan iddia edilən şəxsin Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz rayon şöbəsində vəzifəyə gətirilməsi Xaçmazda birmənalı qarşılanmayıb. Daha çox adı qaranlıq işlərdə hallanan birinin rayonda vəzifə sahibi olması xaçmazlıların etirazı ilə qarşılanıb.
Xaçmazlılar ehtiyat edirlər ki, Əkrəm Zülfüqarov bütün dükan və istehlak obyektlərinə haqq qoyacaq və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz Raon şöbəsini mafiya qaydaları ilə idarə edəcək.
Şikayət məktubunda bildirilir ki, rayonda qaranlıq biznes şəbəkəsinin başçısı kimi tanınan Murad Həbibovun xeyir duası ilə işə düzələn Əkrəm Zülfüqarovu bu vəzifəyə Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramz Həsənov təyin edib.
Məsələ bundan ibarətdir ki, əgər həqiqətən də, Xaçmaz sakinləri Əkrəm Zülfüqarovun Ramiz Həsənov tərəfindən vəzifəyə gətirilməsini biabırçılıq kimi dəyərləndirirlər. Belə ki, məlumata əsasən Xaçmazda Əkrəm Zülfüqarovun hansı işlərlə məşğul olduğunu hər kəs bilir. Eyni zamanda iddiaya əsasən bu şəxsin qaranlıq fəaliyyəti ilə bağlı Xaçmaz rayon hüquq-mühafizə orqanlarında da kifayət qədər məluimat var.
Ona görə də Xaçmaz sakinləri Ramiz Həsənovdan sual edirlər ki, Xaçmazda əməllərindən hər kəsin məlumatlı olduğu bir şəxsi vəzifəyə təyin edərkən Komitə sədri kiçik bir araşdırma apara bilməzdi?