İBRAHİMOV Qardaşları CƏMİYƏTİ ÇAŞDIRMAĞA ÇALIŞIR! - ÖZƏL

 Ä°brahimovlar imperiyasının çöküşü - Ä°brahimov qardaşları hakimiyyət üçün əməlli-başlı başağrısına çevrilib

 Nazirlər Kabinetinin yeni tərkibində yer almayan bəzi məmurların karyeralarının sona çatması onların fəaliyyətinin yarıtmaz olması, maliyyə pozuntularına yol vermələri ilə bağlı olub.

Artiq hər kəsə məlumdur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun vəzifəsindən azad edilməsinin səbəbi görəvinin öhdəsindən layiqincə gəlməməsi olub.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mətbuata açıqlamasında bildirmişdi ki, “Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi. Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd etmişdi ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

 Akademik Ramiz Mehdiyevin bu açıqlamasından sonra sabiq komitə sədri Nazim İbrahimov tez-tələsik mətbuata açıqlama verərək, haqqında deyilənləri təkzib etmyə cəhd etdi: “Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.

2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, 2008-ci ildən isə bir neçə gün öncəyə kimi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan bu şəxsin üç cümləlik açıqlamasında bir-biri ilə ziddiyət təşkil edən məqamlar var. Belə ki, Nazim İbrahimov əvvəlcə akademik Ramiz Mehdiyevin fikirlərini təkzib edir, sonra isə onun fikirlərinin birmənalı olaraq qəbul olunduğunu bəyan edir. Burada Nazim İbrahimovun özünü müdafiə etməyə cəhdilə yanaşı, Prezident Administrasiyasının rəhbərinin fikirlərini tam inkar etməyə cəsarət etmədiyi aydın hiss olunur.

Kredit oliqarxının əsassız iddiası

Nazim İbrahimovun ziddiyətli açıqlamasından sonra onun qardaşı, mətbuatın kredit oliqarxı adlandırdığı Hacı İbrahim İbrahimov (Nehrəmli) də akademik Ramiz Mehdiyevin Diasporla İş üzrə Komitəsində maliyyə pozuntusu olması ilə bağlı fikirinə münasibət bildirib: “Nazim İbrahimov nəyə görə həbs edilməlidir ki? Boş söhbətlərdir. O bədbəxtin büdcəsi var idi ki, yeyinti də edə?!”. Xatırladaq ki, Hacı İbrahim Nehrəmlinin özünün adı Azərbaycan Beynəlxalq Bankı ilə bağlı kredit qalmaqalında, sabiq işçilərinin əmək haqqını ödəməkdən yayınmaqda və bir çox iş adamlarından aldığı malların və xidmətlərin haqqını ödəməkdən yayınmağa kimi müxtəlif işlərdə hallanıb. İndi belə imicə malik bir şəxsin akademik Ramiz Mehdiyevin fikirini təkzib etməyə çalışması və bu zaman guya Nazim İbrahimovun rəhbərlik etdiyi Komitənin büdcəsinin olmaması haqqında tamamilə absurd fikir səsləndirməsi normal qarşılana bilməz. Ən ibtidai biliklərə malik şəxs də bilir ki, büdcədən maliyyələşən hər bir qurumun fəaliyyəti üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılır. Doğrudanmı Hacı İbrahim Nehrəmlin belə sadə məsələlərdən xəbəri yoxdur, yoxsa bu açıqlamanın arxasında başqa məqsədlər dayanır?

Bəs əslində həqiqət nədən ibarətdir?

Kiçik bir araşdırma göstərir ki, İbrahimov qardaşları, xüsusilə də Hacı İbrahim Nehrəmli cəmiyyəti çaşdırmağa çalışır. Əslində isə dövlət büdcəsindən hər il yalnız müxtəlif inventarların, maşın və avadanlıqların, təsərrüfat və dəftərxana mallarının, digər xidmətlərin satın alınması üçün yüz min manatlarla, bəzən isə milyon manatdan artıq pul ayrılıb. Üstəlik xarici ölkələrdəki diaspor təşkilatlarına da külli miqdarda vəsait ayrılıb və indi məlum oldur ki, həmin vəsaitlər də ünvanına çatmayıb. Bütün bunlar məlum ola-ola İbrahimov qardaşlarının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikirlərini təzib etməyə çalışmaları təəccüb doğurur.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti üçün büdcədən ayrılmış vəsaitin necə və hansı şirkətlər vasitəsilə xərclənməsinə ilə bağlı araşdırmalarımız isə davam edir! 

 

"AzerTaym.az"

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər