BAŞ LİFTÇİ QÜDRƏT ŞÜKÜROVUN kürəkənlərinin məhkəməsində İLGİNC FAKTLAR üzə çıxır

Rəfael Əsgərov: “İştirakımla araşdırma aparsınlar, Qüdrət Şükürovun necə böyük bir korrupsioner olduğuna özləri də əmin olacaqlar 

Mayın 3-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni  Elşən Əsgərli və digərlərinin işi üzrə məhkəmə iclası keçiriləcək. İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları yanında olublar.

7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə  zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur. Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur: “Oğlumu döyüblər, indi də Qüdrət Şükürov korrupsiya yolu ilə dövlət büdcəsindən taladığı pullar hesabına oğlumu təqsirləndirilən şəxsə çevirib. Onlar istəyirlər ki, oğlum Elşən Əsgərova təzyiq göstərib öz övladından imtina etməsinə nail olsunlar. Qüdrət Şükürov xəbər göndərir ki, Elşən öz oğlundan - yəni onun qızından olan oğlundan imtina etməsə həbsə gedəcək.

Baş liftçi Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsində ilginc faktlar üzə çıxır

Qüdrət Şükürov oğlumu həbsdə öldürəcəyi ilə hədələyir. Bu adam dövlətdən taladığı pullara arxayın olub mənim oğluma qarşı belə çirkin oyunlar təşkil etdirir. Ümid edirəm ki, Nərimanov Rayon Məhkəməsi Qüdrət Şükürovun əlində alətə çevrilməyəcək”.

Ä°lgili resim

Rafael Əsgərov deyir ki, oğluna qarşı 3 dəfə cinayət törədilib. Oğlu Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən gözətçinin üzərinə hucum edib. Həmin vaxt gözətçini cəzalandırmaq əvəzinə, Elşən Əsgərlini günahlandırıb 500 manat cərimə ediblər. Növbəti dəfə Qüdrət Şükürovun yeni kürəkəni Oqtay və onun dəstəsi Elşən Əsgərlini metronun “Gənclik”  stansiyasının yanına guya danışığa çağırıb onu beysbol ağacı ilə döyüblər. Sonra da maşının nömrələrini qopardıb aparıblar: “Məhkəmədə hadisənin şahidi olan yol partul xidmətinin əməkdaşları ifadə verdilər, dedilər ki, Elşəni qarşı tərəf döyüb xəsarət yetirib. Biz şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri də bu günə qədər ortaya çıxarılmır. Mən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Miqrafar Seyidovun qəbulunda olmuşam. Qüdrət Şükürovun oğluma qarşı təşkil etdiyi qanunsuz əməllər haqda məlumat vermişəm. Bundan başqa, Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərovun da qəbuluna getdim. Oradan sənədləri araşdırıb baş prokuror Zakir Qaralovun qəbuluna yazdılar. Mənim oğlum günahsızdır. Əgər oğlum qanunsuz həbs oluncaqsa, intihar edəcəyəm”.

Baş liftçi Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsində ilginc faktlar üzə çıxır

Rəfael Əsgərov deyir ki, Qüdrət Şükürov erməni əsilli şəxsdən keyfiyyətsiz liftlər alıb Bakının rayonlarındakı binalarda quraşdırmaqla böyük pullar ələ keçirib: “Bu gün yeni təhsil naziri və Dövlət İmtahan Mərkəzi araşdırma aparsınlar, məlum olacaq ki, Qüdrət Şükürovun oğlu da, qızı Aysel də İqtisad Universitetinə Dağıstan universitetindən köçürmə yolu ilə daxil olublar. Oğluna görə 50 min, qızına görə 35 min dollar pul verib. Bu gün Qüdrət Şükürovun qızından kimsə qəfil 7 vur 6 neçə edir soruşsa, əminəm ki, cavab verə bilməyəcək. Amma Aysel Şükürova İqtisad Universitetinin maliyyə fakültəsini bitirib! Bunu ona görə deyirəm ki, Qüdrət Şükürovun hər şeyi pulla, o pullarla ki, dövlətdən talanıb, məhz pulla həll etmək vərdişi var. O, özünü azərbaycanlı saymır. Ermənilərlə çörək kəsib biznes qurmaqdan da çəkinmir. Mən dövlət qurumlarından dönə-dönə xahiş edirəm, iştirakımla araşdırma aparsınlar, Qüdrət Şükürovun necə böyük bir korrupsioner olduğuna özləri də əmin olacaqlar”. 

Baş liftçi Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsində ilginc faktlar üzə çıxır

Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb.






Fikirlər