AKP ƏRDOĞANIN NAMİZƏDLİYİNİ TƏSDİQLƏDİ
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 316 imza ilə Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini təsdiqləyib. AzerTaym.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinə AKP-ni təmsil edən 316 deputat imza atıb. Türkiyədə iyunun 24-nə növbədənkənar prezident seçkiləri təyin olunub.