NAZİRİN OĞLU VERĞİLƏR Nazirliyini MƏHKƏMƏYƏ verib? - Açıqlama
Vergilər Nazirliyi və Bakı şəhər Halqası Əməliyyat Şirkəti arasında hər hansı məhkəmə mübahisəsi yoxdur. Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Məlumatda qeyd edilib ki, son zamanlar bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər Halqası Əməliyyat Şirkətinin Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı məlumatlar dərc edilməkdədir: "Hazırda Vergilər Nazirliyi və Bakı şəhər Halqası Əməliyyat Şirkəti arasında hər hansı məhkəmə mübahisəsi yoxdur". Qeyd edək ki, bir neçə gün öncə Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırılması barədə mediada məlumat yayılmışdı.