ABŞ-dan Ermənistana BÖYÜK MALİYYƏ VƏDİ – KRİTİK GƏLİŞMƏ

Ağ Evin ikili standart siyasəti: Vaşinqton “kartını” açır; Rusiyaya sanksiyalar tətbiq edən Amerika Azərbaycan ərazilərini işğal edən digər işğalçıya böyük paralar vəd edir; İrəvandakı ABŞ səfirinin yerli rəhbərliklə tez-tez təmasa girməsinin sirri; Rusiyanın reaksiyası sərt ola bilər, çünki...

Ermənistandakı son hakimiyyət çevrilişindən sonra sanki işğalçı ölkəyə Qərbin aparıcı dövlətləri və təsisatlarının hüsn-rəğbəti artıb. Bunu həmin ölkələrin yüksək çinli şəxslərinin verdikləri bəyanatlardan asanca görmək olar. Söhbət öncəliklə dünyanın supergücü ABŞ-dan gedir. Bu da bəzi qənaətlərə yol açır. Lakin bu barədə az sonra...

“ABŞ Ermənistanın yeni hökuməti ilə "Minilliyin çağırışları" maliyyə dəstəyi proqramının bərpa olunmasını müzakirə edir". “Yeni Müsavat” AzadlıqRadiosunun erməni redaksiyasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətdə Amerikanın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton tərəfindən Ermənistana kömək göstərilməsi ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brinkin İrəvan danışıqlarının gündəliyinə daxil edilib (amerikalı diplomat bir neçə gün öncə Bakıda da olub və prezident İlham Əliyevlə görüşüb). İrəvanda isə o, prezident Armen Sərkisyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnasakanyanla bir araya gəlib.

Riçard Millz ile ilgili görsel sonucu

“Biz şadıq ki, Ermənistanın yeni hökuməti ilə ABŞ-ın bu hökumətə necə kömək eləməsinin müzakirə etmək imkanımız var. Bilirsiniz ki, bir neçə gün qabaq burada Dövlət Departamentinin rəsmisi Bricit Brink olub. O, Ermənistanın yeni hökumətinə necə dəstək verə biləcəyimizin yollarını müzakirə edib. Biz ABŞ tərəfindən mümkün variantları müzakirə elədik. Həmçinin, əməkdaşlığın digər yollarından danışdıq, "Minilliyin çağırışları" maliyyə proqramı çərçivəsində maliyyə dəstəyi imkanından da danışdıq. Biz bu müzakirələri davam etdirəcəyik", - deyə səfir bildirib.

*****

“Yeni Müsavat” xatırladır ki, 2008-cı ildə Amerika “Minilliyin çağırışları” çərçivəsində Ermənistana 235.6 milyon dollar yardım etməyi planlaşdırırdı. Lakin 1 mart 2008-ci ildəki seçkisonrası qanlı hadisələrdən sonra (Sərkisyan rejimi o vaxt 10 dinc nümayişçini güllələtdirmişdi) layihə donduruldu. Nikol Paşinyan baş nazir seçiləndən sonra Amerika erməniləri ABŞ dövlət katibini “Ermənistanda misli görünməmiş, dinc və konstitusion dəyişikləri uğurla başa çatdırmağa kömək etməyə” çağırmış, qısa müddətdə işğalçı ölkəyə “Minilliyin çağırışları” proqramı çərçivəsində 140 milyon dollar qrant ayırmağı xahiş eləmişdi. Cavabında dövlət katibi Mayk Pompeo bu günlərdə Ermənistanda dinc hakimiyyət dəyişikliyini alqışladığını bəyan elədi və vəd verdi ki, “Minilliyin çağırışları” çərçivəsində Ermənistana maliyyə köməyi məsələsi müzakirə ediləcək. Həm Dövlət Departamentinin rəsmisi B.Brinkn İrəvan səfəri, həm də səfir Millzin son açıqlaması göstərir ki, Vaşinqton artıq bu yöndə hərəkətə keçməyə hazırdır.

*****

Armenia Pashinian ile ilgili görsel sonucu

Qeyd edək ki, R.Millz Ermənistanın yeni rəhbərliyi ili tez-tez bir araya gəlir, nəinki Rusiya səfiri Sergey Kopırkin. Az öncə o, Paşinyanla görüşdə Amerikanın Ermənistana hərtərəfli dəstək verməyə hazır olduğunu bildirmişdi. Bu da ən əvvəl onun göstəricisidir ki, işğalçı ölkədəki son hakimiyyət çevrilişindən ABŞ tam məmnundur, hətta hadisələrdə gizli “dirijorluq” da edib. Zatən, Paşinyan da borclu qalmır. Komandasını bütünlüklə qərbpərəstlərdən, Rusiyaya nifrət edənlərdən formalaşdırır.

Trump dollar ile ilgili görsel sonucu

Ermənistanın əsas dərdi isə maliyyədir. Maliyyə olarsa, ac-yalavac xalq Pşainyandan razılıq edəcək, Rusiyanı söyəcək, Amerikanı öyəcək. Aydın məsələdir ki, “pulu kim verirsə, musiqini də o sifariş edir”. Amerika isə pulu heç vaxt boşuna vermir. Əsas hədəf şübhəsiz k, Ermənistanı tədricən Rusiyanın siyasi-hərbi orbitindən uzaqlaşdırıb Qərbə yönəltməkdir.

Daha bir hədəf yəqin ki, Ermənistanın İranla əlaqələrini minimuma endirmək, Tehrandan asılılığını azaltmaqdır. Bu isə İranı tam izolyasiyaya salmaq istəyən Vaşinqton üçün çox mühümdür. Hətta bəzi məlumatlara görə, artıq inqilabdan sonra Amerika agentləri İranla sərhəd bölgələrdə yerləşdirilib. Ölkənin rəhbəri Amerikanın adamıdırsa, niyə də olmasın.

*****

Bütün hallarda Azərbaycan üçün önəmli olan məsələ Vaşinqtonun ikili siyasətidir. Ukraynaya görə Rusiyaya sərt sanksiyalar tətbiq edən Amerikanın başqa bir işğalçı ölkəyə - Ermənistana qarşı bunca loyallaşmağa başlaması, diametral tərs münasibət sərgiləməsi, “maliyyə ciblərini” açmağa hazırlaşması düşündürməyə bilməz...

russia sanction ile ilgili görsel sonucu

Odur ki, bu proseslərə Rusiyanın verəcəyi reaksiya və atacağı kontur-addımlar daha maraqlı olacaq. Hələ ki, Moskva gözləmə mövqeyində olması təəssüratını yaradır. Ancaq bu, zahirən belə ola bilər. Çünki Ermənistan Rusiya üçün regionda yeganə hərbi qala, forpostdur. İran Və Türkiyə ilə onun təmasını təmin edən yeganə bölgədir. Ermənistanda 5 minlik Rusiya hərbi kontingenti var.

Heç şübhəsiz, Kreml baş verənləri görməzlikdən gələ bilməz. Son vaxtlar Rusiyanın aparıcı mediasında “nankor Paşinyanı” cəzalandırmaq çağırışlarının artması az şey demir və qarşıdakı böyük hadisələrin anonsu da sayıla bilər. Hər halda silahı erməniyə Amerika yox, Rusiya verir, özü də bazar qiymətinə deyil, daxili qiymətə, yəni ucuz. Üstəlik, Rusiyanın ayırdığı faizsiz kredit əsasında.

*****

Müşahidə edilən odur ki, “rəngsiz inqilab”dan sonra, daha dəqiqi, “rəngsiz inqilab”la ABŞ, Avropa ilə Rusiya arasında Ermənistan uğrunda mübarizə qızışıb. Hətta Paşinyanı Rusiya əleyhinə şirnikləndirmək üçün İrəvandakı bəzi Qərb səfirləri onu Nobel sülh mükafatına namizəd irəli sürüblər. Belə görünür ki, önümüzdəki aylarda Ermənistanla bağlı siyasi temperatur yayın temperaturuna adekvat olacaq...

 
 






Fikirlər