ƏRDOĞAN Bakıya gəldi - FOTOLAR - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Modern.az saytı xəbər verir ki, Ərdoğanın Bakı səfəri bir gün sürəcək.

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gəlmiş R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi səfəridir.

Heydər Əliyev Hava limanında R.T.Ərdoğanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Əyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və başqa rəsmilər qarşılayıblar.
Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləri arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Bu tədbirlərdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək.






Fikirlər