Ayaz Mütəllibovun nəticəsi oldu- 77 yaş hədiyyəsi
Bu gün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun 77 yaşı tamam olur.
O, ad günü təəssüratları ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Sabiq-prezident bildirib ki, bu, ailə miqyasında qeyd olunan tarixdir: “Sözün doğrusu, o qədər də əhəmiyyətli deyil. Çünki insan yaşa dolduqca cavanlıqdan uzaqlaşır. Ad günümü istər-istəməz keçirməli oluram. Çünki yaxın qohumlardan gələnlər olur. Bu yaşda özümü pis hiss etmirəm. Yaşayırıq, buna da min şükür”.
A. Mütəllibov əlavə edib ki, vaxtilə bir yerdə işlədiyi adamlar onu təbrik edirlər, ancaq onlar siyasət adamları deyil.
Eks prezident ad günü qabağı aldığı ən böyük hədiyyənin oğlan nəticəsinin dünyaya gəlməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən gün ilk oğlan nəticəsi anadan olub.