“MOSSAD - dan əməkdaşlıqla bağlı kömək istənilə bilər”

“MOSSAD - dan əməkdaşlıqla bağlı kömək istənilə bilər” Birinci Avropa Oyunlarının təhlükəsizliyini təmin etmək üçün xaricdən, tutaq ki, MOSSAD-dan əlavə dəstək istəməyə ehtiyac varmı? Ümumiyyətlə, Azərbaycan təkbaşına belə bir nəhəng miqyaslı tədbirin təhlükəsizliyini təmin etmək iqtidarındadırmı?

Moderator.az yaxınlaşmaqda olan tədbir üçün həyati əhəmiyyət kəsb edən mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayılın mövqeyini öyrənib:

"Bakı miqyasına görə ilk dəfədir ki,bu cür tədbir keçirəcək. "Evroviziya" mahnı yarışmasında Avstriya polisi treninq keçirmişdi bizimkilərlə. Təcrübədən istifadə etmək müsbət haldır. MOSSAD - dan təhlükəsizliklə bağlı informasiya mübadiləsi, əməkdaşlıqla bağlı kömək istənilə bilər. MOSSAD agentləri radikal islam çevrələrində daha çox mənbələrə malikdir. Avropa Oyunları radikal islamçıların terror hədəfi ola bilər, buna görə bu əməkdaşlıq zəruridir. Azərbaycan fiziki güc hesabına bu tədbirlərin təhlükəsizliyini təmin edə bilmək iqtidarındadır, təhlükənin qabaqlayıcı informasiya ilə zamanında önlənməsi, qarşısının alınması isə professionallıq tələb edir, əməliyyat şəraitinə daxildən və xaricdən nəzarət edilməsində hesab edirəm ki, Rusiya, İsrail, ABŞ, Avropa ölkələrinin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edilməsi bu ərəfədə vacibdir".






Fikirlər