Onlar qurultaya HAZIRLAŞIR – Biri səfirləri də dəvət etmək istəyir
Bir müddət əvvəl Müsavat Partiyası, Müasir Müsavat Partiyası , Ümid Partiyası və Klassik Xalq Cəbhəs Bir müddət əvvəl Müsavat Partiyası, Müasir Müsavat Partiyası , Ümid Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının bu il ərzində qurultay keçirəcəyi ilə bağlı məlumat yayılmışdı. Bəs görəsən bu partiyalarda qurulyata hazırlıq işləri gedirmi? Partiya sədrliyinə namizədlər müəyyənləşibmi? Modern.az saytı bu sualla həmin partiyalara müraciət edib. Müsavat Partiyasının sədri Arif Hacılı: “Qurultayla bağlı Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin toplantıları keçirilir. Təşkilat komitəsinin sədri seçilib, nizamnaməyə, proqrama əlavə və dəyişikliklər üzrə komissiya yaradılıb. Eyni zamanda artıq rayon təşkilatlarının ümumi yığıncaqları və konfransları başlayır. Bu proses başa çatdıqdan sonra qurultay keçiriləcək. Partiya sədrliyinə namizədlik sonrakı mərhələyə aiddir. Yəqin ki, qurultayın vaxtı və yeri müəyyən olandan sonra bütün məsələlərə aydınlıq gətiriləcək”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Partiyanın rayonlarda konfransları keçirilib. Hazırda bu işlər surətli şəkildə davam etdirilir, təşkilat komitəsi yaradılıb. Rayon təşkilatlarında konfransları yekunlaşdırdıqdan sonrta qurultayımızın Bakıda keçiriləməsi üçün yer axtarmağa başlayacayıq. Əlbəttə ki, mənim də namizədliyim olacaq, partiyanın başqa üzvləri də namizədliyini verəcək. Hər halda bu məsələləri indidən danışmaq tezdir, bunları qurultay müəyyənləşdirəcək. Qurultay olmamış mən qərar verə bilmərəm ki, məni seçəcəklər, ya başqasını. Hər halda təşkilatlanmamız güclü şəkildə davam edir. Qurultaya xarici ölkələrin Azərbaycandakı səfirlərini, mətbuat nümayəndələrini, rəsmiləri dəvət edəcəyik. Gəlib görsünlər ki, partiya nədir, onun qurultayı necə olur. Bir nümunə kimi ortaya çıxmaq istəyirik. Bəzi patiyalar ki, yalandan qurultay keçirdiklərini deyirlər, amma harada, necə keçirdikləri barədə məlumat yoxdur. Biz onlardan tamamən uzağıq. Yer məsələsini də rayon icra hakimiyyətləri ilə razılaşdırırıq. Demokratik şəkildə tədbirlərimizi keçiririk”. Ümid Partiyasının sədri İqbal Ağazadə: “Partiyada qurultaya hazırlıq işlərini yekunlaşdırırıq. Konfrans keçirmədiyimiz bir neçə rayon qalıb, ondan sonra partiyanın qurultayı keçiriləcək. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb, qurultayın gündəliyi təsdiq olunub, hesabatlar hazırlanır. Həm təşkilat komitəsinin, həm mandat komissiyasının, həm sədrin, mərkəzi nəzarət komissiyasının hesabatları hazırlanır. Hesab edirəm ki, qurultayı bu il keçirəcəyik. Qurultayda partiyanın üzvləri olacaq, ancaq Ədliyyə Nazirliyindən də nümayəndə olacaq”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin müavini Xəzər Teyyublu “Hazırda yerlərdə konfranslar keçirilir. Konfranslar tam yekunlaşmayınca qurultaya qərar vermək olmaz. Partiyamız demokratik təşkilatdır, ədalətli şəkildə seçki keçiriləcək. Kim istəyir namizədliyini verə bilər, buna heç bir məhdudiyyət qoyulmur. Qurultay kimi dəstəkləyəcəksə, həmin adam sədr seçiləcək”.