Elxan Allahverdiyev Xaləddinin ATASINA RƏHMƏT OXUTDURUR
AzerTaym.az bildirir ki, Veteninfo.az-a Binəqədi rayon İH-dəki mənbələrdən məlumat daxil olub. Məlumatda iddia edilir ki, Binəqədi rayon İH-nin yeni başçısı Elxan Allahverdiyev Xaləddin İsgəndərovu əvəz etdikdə,bir çoxları düşünürdü ki, Binəqədi rayonunda yeni abu-hava,idarəçilik sistemində mövcud olan çtışmamazlıqlar,tikinti ilə bağlı rüsvayçı halların aradan qaldırılmsında,vətəndaşların qəbulu ilə bağlı eybəcliklərdə,səhiyyə və təhsil işçilərindən qanunsuz yığılan vəsaitlər və s.məsələlər köklü şəkildə dəyişəcək.Amma görünür,yeni başçı da sələfinin yolunu davam etdirməyi üstün tutur.Rayon İH-dən redaksiyamıza daxil olan məlumatda vurğulanır ki,rayon ərazisində tikinti ilə bağlı problemlər qalmaqla bərabər,yeni başçı tərəfindən vətəndaşların bu istiqamətdə illərdi qarşılaşdıqları problemlərin aradan qaldırılmasına belə çalışılmır.Əksinə Elxan Allahverdiyev gəldikdən sonra,vətəndaşlara əlavə haqlar qoyulur.İH-də rayon əhalisinin qəbulu ümumiyyətlə elə bir vəziyyətə gətirilib ki,insanlar Xaləddin İsgəndərovun atasına rəhmət oxumağa başlayıblar.Görünür yeni başçsı fövqaladə hallar sistemindən gəldiyindən yerli idarəçilik təcrbəsinə elə də bələd deyil və bu da onun vətəndaşalarla münasibətlərin qurulmasında cidid problemlər yaradır. İH-dən daxil olan məlumada o da iddia edilir ki,rayon ərazisindəki səhiyyə və təhsil işçilərindən ay ərzində haqq alınmasında da dəyişiklik yoxdur və İH-dən təhsil və səhiyyə obyektlərindən haq toplanılması davam etməkdədir. Məlumata görə,Binəqədi rayon ərazisindəki iş adamları da yeni icra başçısından narazıdırlar və yeni başçı Xaləddin İsgəndərovdan da petər iş adamların incitməkdə davam edir. Daxil olan məlumatda iddia olunanların nə qədər həqiqət olduğun deyə bilməsək də,amma Xaləddin İsgəndərov Binəqədi rayonun başçısı vəzifəsindən kənarlaşdırılanda əhalinin sevinci,yeni başçıdan gözləntilər deyəsən puç olmağa başlayır.