Tibb Universitetinin binasını da “soyurlar”

Tibb Universitetinin binasını da “soyurlar”Azərbaycan Dövlət Tibb Universitetinin tədris-cərrahiyyə klinikasının binasında da poliuretan üzlüklərin sökülməsinə başlanılıb.

Virtualaz.org saytının prosesi izləyən müxbirinin söküntü işlərini aparan inşaatçılara istinadən verdiyi xəbərə görə, 2013-cü ildə istismara verilən bu 13 mərtəbəli bina elə həmin il də odadavamsız poliuretan üzlüklərlə “bəzədilibmiş”.

Qeyd edək ki, Bakıdakı binaların fasadına vurulmuş bu təhlükəli sintetik üzlüklərin sökülməsinə mayın 19-da Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğından sonra qərar verilib. Hökumət rəsmiləri Bakıda belə təhlükəli üzlüklə üzlənmiş 263 binanın olduğunu bildirib.






Fikirlər