Son günlər adı daha çox qalmaqallarda hallanan Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov mətbuatın gündəmini yenidən zəbt edib.
Qaynarinfo xəbər verir ki, məsələ ilə əlaqədar olaraq A24.Az-ın redaksiyası ilə telefon bağlantısı yaradan A.Kərimov haqqında deyilən bəzi məlumatlara aydınlıq gətirib. Bununla yanaşı, o, yenə də bir sıra qalmaqallı fikirlər səsləndirib. Eyni zamanda, onun barəsində məlumatlar yayan media mənsublarını təhqir edib.
Qeyd edək ki, bir neçə gün bundan öncə Moskvada Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat” ümumşəhər "Nar bayramı” ilə bağlı keçirilən tədbirdə Ermənistana məxsus eksponantların nümayiş olunması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, A.Kərimovun təşkilatçılığı ilə keçirilən "Nar bayramı”na həsr olunmuş tədbirdə Azərbaycana aid heç bir atributun nümayiş olunmaması azərbaycanlıların hiddətinə səbəb olub. Bundan sonra tədbirdə qarşıdurma yaranıb. İnsident zamanı Azərbaycan bayrağının qadağan olunduğu, amma Ermənistan bayrağının dalğalandırıldığı bildirilir. Eyni zamanda, tədbirdə iştirak edən azərbaycanlı jurnalistlər diaspor sədrinin yaxınlarının hücumuna mərzu qalıb.
Xatırladaq ki, A.Kərimov bir neçə ay bundan əvvəl qızını erməni oğlana ərə verib. O, ermənilərlə qohum olduqdan sonra azərbaycanlıların qəzəbinə tuş gəlib. Diaspor sədrinin hazırda erməni qudası və kürəkəni ilə birlikdə yeni layihələr üzərində işlədiyi bildirilir.
Qaynarinfo A.Kərimovun telefon bağlantısını oxuculara təqdim edir:
Qeyd edək ki, A.Kərimovla bağlı ilk qalmaqallı məlumat diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili tərəfindən yayımlanıb.
Fikirlər