Elmar Vəliyevin oğlu İSTEFA VERDİ
"Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.
AzerTaym.az klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələlik heç bir təyinat yoxdur.
Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından "Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.