ABŞ-ın təlaşı, Kremlin TƏLƏSİ - Trampın elçisi Bakıdan İrəvana hANSI MESAJI aparır?

Azərbaycan və Ermənistan iki fövqəlgücün çarpaz diqqətində; politoloqlara görə, Ermənistan kritik zolağa daxil olub; “Paşinyanın ən böyük problemi odur ki...” 

Bu gün ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Ağ Ev xarici siyasətinin “qırğıları”ndan sayılan Con Bolton Bakıdan İrəvana gələcək. Oradan isə Tiflisə gedəcək (Bakı səfəri haqda ayrıca məlumat verilir).

Amerikalı diplomatın Güney Qafqaza səfərində əsas hədəf təxminən məlumdur: İran mövzusu, təhlükəsizlik məsələləri. Dağlıq Qarabağ, konfliktlər mövzusunun da diqqət mərkəzində olacağı istisna olunmur. Ancaq fikrimizcə, Bolton Ağ Evin yüksək çinli emissarı kimi, ən azından saat əqrəblərini tutuşduracaq, xüsusən də Azərbaycan və Ermənistanın ABŞ-la münasibətlərini irəli aparmağa nə dərəcədə hazır olduğunu dəqiqləşdirəcək, bölgədə hansı ölkəyə nə qədər stavka edilə biləcəyinin mümkünlüyünü öyrənəcək. Yəni nəbz yoxlanışı.

*****

Maraqlıdır ki, Cənubi Qafqaza turne ərəfəsində Con Bolton İranın nüvə silahı yaratmaq yönündə işləri davam etdirdiyini bəyan edib. Bu, o deməkdir ki, Amerikanın Tehrana münasibətinin daha da sərtləşəcəyi gözlənilir. Eyni zamanda bu açıqlama İranla həmsərhəd ölkələrə, xüsusən də Ermənistana xəbərdarlıq mesajı hesab edilə bilər.

Konkret olaraq Ermənistana gəlincə, işğalçı ölkənin hazırkı rəhbərliyinin Trampın adamına nə deyəcəyi maraqlıdır. Axı Paşinyan hökuməti hər addımda özünü qərbyönlü kimi, “demokratiya paytaxtları”nın dostu kimi gözə soxmağa çalışır - hərgah, Rusiyanın qucağından da düşmək istəmir. Hədəf bəlli: “iki stulda oturmaq” siyasəti hesabına həm Rusiyanın, həm də Amerikanın dəstəyinə nail olmaq, birindən hərbi-siyasi, o birindən böyük maliyyə köməyi almaq. Bu isə əksər analitiklərə görə, çox qəliz məsələdir.

Təsadüfi deyil ki, bu günlərdə - Boltonun regiona səfəri ərəfəsində etdiyi çıxışında Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan ABŞ-dan gileylənmiş, Birləşmiş Ştatları Ermənistana yetərli diqqət ayırmamaqda suçlamışdı. Eyni zamanda İrana ünvanlı, ABŞ-ı qıcıqlandıracaq reverans edərək demişdi ki, “Ermənistan İranla Avrasiya Birliyi arasında əməkdaşlığı üçün gözəl platforma ola bilər”. Yəni ikibaşlı siyasət.

Bolton ilham Əliyev ile ilgili görsel sonucu

Vaşinqton isə müəyyən mənada gözləmə mövqeyindədir. Ən azından erkən parlament seçkiləri bitənədək ABŞ İrəvana qarşı hansısa  kəskin gedişlər etməyəcək. Ancaq zəruri mesajlarını verməkdə davam edəcək. Hər necə olmasa, işğalçı ölkədə hakimiyyət dəyişikliyinə gətirən, Rusiyaya bağlı 20 illik “Qarabağ klanı”nın hökmranlığına  son qoyan “məxməri inqilab”ım memarı məhz ABŞ sayılır. Lakin inqilab hələ tam olaraq, öz məntiqi sonluğuna çatmayıb. Ona görə ABŞ həm də narahatdır.             

*****

“ABŞ qarşıdakı seçkilərdə baş nazir əvəzi Paşinyanın uğursuzluğundan ehtiyatlanır. Çünki Nikol Paşinyan Ermənistanın ictimai həyatının təzədən format edilməsi üzrə Amerika ssenarisinə daxildir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “RİA-Novosti”yə rusiyalı politoloq Andrey Kuznetsov deyib. Onun sözlərinə görə, hazırda məhz “Ermənistan ictimai həyatının yenidən format edilməsi” baş verir. “Amerikanlar ehtiyat edirlər ki, Paşinyanla bağlı cəmiyyətdə məyusluq yaşana və o, seçkilərdən keçməyə bilər. Bu isə Amerikanın bütün ssenarisini məhv edər”, - deyə politoloq vurğulayıb.

Rusiyalı politoloq o qənaətdədir ki, ABŞ hökuməti həm rəsmi strukturlar, həm də qeyri-hökumət təşkilatları vasitəsi ilə Ermənistanın siyasi sinfi ilə, gəncləri və ictimaiyyəti çoxdan işləyir. “Ermənistanda postsovet məkanı üçün ən böyük, min nəfərlik ABŞ səfirliyi fəaliyyət göstərir. Bu, balaca Ermənistan üçün olduqca böyükdür” - analitik vurğulayıb.

Ä°lgili resim

O, xaricdəki Paşinyan və komandasının dəstəklənməsində erməni diasporunun da mühüm rol oynadığını bildirib: “Paşinyanın komandası bütünlüklə erməni diasporunun nümayəndələrindən təşkil olunub. Məhz Qərbdə təhsil alan, Qərblə işi olan bu adamların əksəriyyəti Amerikaya bağlıdır. Vaşinqtondan olan emissarların vaxtaşırı İrəvana gəlişi də faktiki, özününkülər arasında ünsiyyət anlamına gəlir”.

Bununla belə, ekspert İrəvanın Moskvadan hələ ki güclü asılılıqda olmasını da qeyd edir. “Rusiyadan iqtisadi və müdafiə baxımından asılılıq Ermənistana imkan vermir ki, Ukrayna ssenari üzrə hərəkət eləsin, kursu Qərbin xeyrinə dəyişsin. Bu, çox mürəkkəb oyundur: yəni Rusiyanın dəstəyindən və resurslarından istifadə eləmək, amma tamamilə qərbyönlü siyasət yürütmək. Bunun nə qədər sürəcəyini zaman göstərəcək. Bu xüsusda qarşıdakı aylar həlledici ola bilər. Əgər Ermənistan qəfildən ABŞ və NATO-dan təhlükəsizlik qarantı alsa, onda Ermənistanda Rusiya bazası ilə bağlı vəziyyət köklü şəkildə dəyişəcək”, - deyə o əlavə edib.  

*****

Related image

Öz növbəsində digər rusiyalı politoloq, tarix elmləri doktoru Aleksandr Krılov hesab edir ki, Nikol Paşinyanın əsas problemi islahatlar üçün çox az vaxtın qalmasıdır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, EADaily portalına müsahibəsində deyib.

“Əgər yaxın perspektivdə ona situasiyanı real şəkildə dəyişdirmək müyəssər olmasa və beləliklə, onunla bağlı ümidlər (həm də şişirdilmiş ümidlər) doğrulmasa, o halda cəmiyyətin məyus olma ehtimalı böyükdür. Öz milli lideri ilə bağlı məyusluq isə müasir Ermənistanın şərtlərində onun dövlətçiliyi üçün böyük təhlükələr vəd edə bilər”, - deyə analitik bildirib.

Rusiyalı ekspertə görə, Paşinyan Mixail Saakaşvili və ya Pyotr Poroşenko yolu getməyə hazırlaşmır. “Mənə indi o, daha çox hazırkı macar lideri Viktor Orbanı xatırladır - hansı Orban ki, onunla bağlı keçmiş xarici sponsorlar və havadarlar dərin məyusluq yaşamışdılar”, - deyə sonda Krılov əlavə edib.

*****

Trampın emissarı Con Boltonun bölgə səfəri beləcə, Ermənistanla bağlı ABŞ-ın təlaşı, Rusiyanın isə aktiv passivliyi və bir az da tənəsi fonunda diqqət çəkir. Bu xüsusda Con Boltonun Qərblə, ABŞ-la daha real əlaqələrə malik Azərbaycanın paytaxtı Bakıdan İrəvana hansı ismarışı aparacağı az önəm daşımır...  (musavat.com)

 






Fikirlər