İrəvana qarşı aşağılayıcı gediş: Moskva BAKINI SEÇİR

Ermənistanla Rusiya arasında həm də əsəb savaşı başlayıb; Putinin köməkçisi: “Növbənizi gözləyin, Rusiya prezidentinin İrəvana tezliklə səfər etməsinə ehtiyac yoxdur”; erməni nəşri: “Uşakovun təhqiramiz sözləri...”

Rusiya prezidenti Vladimir Putin dünən işgüzar səfərlə Bakıya gəlib. Səfərlə bağlı ayrıca yazı ilə oxucular tanış ola bilərlər. Buradaca onu qeyd edək ki, Rusiya dövlət başçısının Bakıdan İrəvana yox, Düşənbəyə - MDB sammitinə yola düşəcəyi gözlənilirdi.

Məsələ də ondadır və erməni mediasının yazdıqlarından da belə qənaət hasil olur ki, Putinin Bakı ziyarəti işğalçı ölkədə dərin məyusluq və qısqanclıq doğurub. Səbəb əlbəttə ki, onun Bakıdan sonra İrəvana gedəcəyi barədə xəbərlərin boş çıxması ilə birbaşa bağlıdır.

*** 

Görünür o üzdən Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan dünən İrəvanda jurnalistləri sakitləşdirməyə çalışaraq bildirib ki, guya Rusiya prezidenti yaxın zamanlarda Ermənistana da gələcək. Onun sözlərinə görə, bu yöndə müzakirələr davam edir. “Səfərin tarixi hələ dəqiqləşməyib. Tezliklə yox, yaxın zamanlarda səfər baş tuta bilər. Səfər rəsmi olacaq”, - deyə XİN rəsmisi bildirib.
Bundan öncə isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Putin Ermənistana ya bu ilin axırı, ya da gələn ilin əvvəlində səfər edəcək. Ancaq Moskvada bu nikbinliyi bölüşmürlər. İş ondadır ki, Tiqran Balayanın optimist açıqlaması ilə eyni gündə Moskvadan tam əks məntiqli bəyanat səslənib. Putinin köməkçisi Yuri Uşakov aydın şəkildə işarə vurub ki, tezliklə Rusiya liderinin Ermənistan səfəri gözlənilmir, çünki belə bir səfər Moskva üçün prioritet deyil. Yəni “İrəvan öz növbəsini gözləsin” məntiqi.

Tigran Balayan ile ilgili görsel sonucu

“Həqiqətən də bizim prezidentin Ermənistana səfər mümkünlüyü müzakirə olunub. Ancaq konkret tarix hələ ki, müzakirə olunmur. Prezidentlər yəqin ki, hələlik təkcə Düşənbədə deyil, Astanada - KTMT sessiyasında da görüşəcəklər. Bundan əlavə, dekabrda Avrasiya İqtisadi Birliyinin sammiti gözlənilir. Bu da liderlərə daha bir kontakt imkanı yaradacaq. Məncə, ziyarətlə bağlı gələn ilə hesab götürmək lazımdır”, - deyə Kreml sözçüsü vurğulayıb və faktiki, Ermənistan XİN rəsmisinin yalanını çıxarıb. 

Uşakov Paşinyanla Putinin təzəcə (8 sentyabr, Soçi) görüşdüyünü də xatırladaraq, tezliklə daha bir Putin-Paşinyan görüşünə ehtiyac olmadığını söyləyib. Lakin Putin Azərbaycan prezidenti İlham Əliyevlə də təzəcə görüşmüşdü - 1 sentyabr Soçi. Bununla belə bu, onun 26 gün sonra, özü də İlham Əliyevin dəvəti ilə Bakıya səfər eləməsinə mane olmadı. Demək, motiv başqadır.

Paşinyan Putin ile ilgili görsel sonucu


*** 
Aydındır ki, Ermənistanda ABŞ (Qərb) ssenarisi üzrə “məxməri inqilab” baş verməsəydi, Putin Bakıdan İrəvana da gedəcəkdi. Ola bilsin ki, hətta Bakıya İrəvandan gələcəkdi. Hər necə olmasa, işğalçı Ermənistan regionda Moskvanın əsas müttəfiqi və hərbi forpostu sayılır. Lakin indi belə görünür ki, Kremldə Nikol Paşinyanın Rusiyaya sədaqət andlarına artıq inanmırlar. Putinin dünənki Bakı səfəri də hər şeydən öncə İrəvana bu xüsusda verilən xəbərdarlıq mesajı hesab oluna bilər. 

Xatırladaq ki, inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan indiyədək Putinlə 3 dəfə (bir dəfə Sankt-Peterburq, iki dəfə Soçi) görüşüb. Lakin onların heç biri rəsmi xarakter daşımayıb. Rusiya lideri Nikol Paşinyanı Ermənistanın yeni rəhbəri kimi Moskvaya rəsmi səfərə də dəvət eləməyib.

Kreml ile ilgili görsel sonucu

Böyük ehtimalla, Kreml Ermənistanda 2019-cu ilin yazına nəzərdə tutulan növbədənkənar parlament seçkilərinin nəticələrini gözləyəcək. Ona kimi isə Rusiyayönlü qüvvələrin parlamentdə sanballı yer tutması üçün əlindən gələni edəcək. Nəhayət, seçkilərin nəticələrindən asılı olaraq, Moskva Putin Ermənistan səfəri ilə bağlı qərar verəcək. Hazırkı şərtlər daxilində Rusiya liderinin İrəvan səfəri isə təbliğati baxımdan ən çox Paşinyan başda olmaqla qərbyönlü inqilabçı qüvvələrin əlinə işləyərdi.

İlham Əliyev Putin ile ilgili görsel sonucu

***

Seçkilərədək isə belə görünür, İrəvanla Moskva arasında əsəb və söz savaşı artan xətlə böyüyəcək. Bunu deyəsən Ermənistanda anlamağa və təlaş keçirməyə başlayıblar.

“Putinin köməkçisi Uşakovun sözlərində təhqiramiz ton aydındır. O, bacardıqca Ermənistanın Rusiya siyasətindəki rolunu, demək, həm də Putinin İrəvana səfərinin siyasi və dövlət əhəmiyyətini kiçiltməyə çalışır. Erməni tərəfi isə inadla iddia edir ki, Vladimir Putinin səfəri rəsmi xarakter daşıyacaq. Demək, Rusiya prezidentinin Paşinyanla başqa meydançalarda neçə dəfə görüşməsi elə də önəmli deyil. Uşakov isə işarə vurur ki, rus-erməni münasibətlərinin indiki durumu rəsmi görüşü əlçatmaz edir və Paşinyanın Putinlə sırf şəkil çəkdirəcəyi tədbirləri bir-bir sadalayır”. 

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am erməni nəşrinin siyasi şərhçisi Sərkis Arsruninin yazısında deyilir. Sonuncu sitatdan da görünür ki, Moskva regionda “stavka”nı Ermənistandan Azərbaycan üzərinə dəyişə biləcəyi barədə İrəvana açıq ismarış göndərməklə Paşinyan iqtidarını cəzalandırmaq istəyir. Bunu onun hansı şəkildə, o cümlədən “Qarabağ kartı”ndan yararlanmaqla edəcəyini isə zaman göstərəcək... 






Fikirlər