Nazir Məmməd Musayevin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib. AzerTaym.az xəbər verir ki, Unikal.org-ın xəbərinə görə, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.
Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.