HƏFTƏ SONLARI hava NECƏ OLACAQ?

Həftə sonları hava necə olacaq?

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraitinin arabir yağışlı, dumanlı olacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 9-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı gözlənilir. Gecə və səhər
saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-də hava şəraitinin arabir yağışlı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
Paytaxt Bakıda isə buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 9-11 dərəcə isti təşkil edəcək.






Fikirlər