Lukaşenkodan Paşinyana AĞIR SÖZLƏR: DİLİNİ NİYƏ... - VİDEO
Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə Prezident Aleksandr Lukaşenkonun sensasion çıxışını dərc etməkdə davam edirlər. Real TV xəbər verir ki, həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb. “Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?” – Lukeşanko bildirib. Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur. “Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? Elədirsə, bunu de, onda mən susaram”, - Lukaşenko əlavə edib.