Hicran Hüseynova: "Azərbaycanda qadın və kişilərin sayı BƏRABƏRDİR"

"Azərbaycanda qadın və kişilərin sayı bərabərdir".

ONA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı çox ciddi addımlar atılıb.

H. Hüseynovanın sözlərinə görə, qadın hüquqlarının qorunmasına daha çox diqqət ayrılmalıdır: "Azərbaycanda qəbul edilən istənilən proqramlarda, qanunlarda gender komponenti yer alıb. Azərbaycanda ilk bələdiyyə seçkilərində 4 faiz qadın yer qazanmışdı. Biz bunun səbəblərini araşdırıb, qadınlarla iş aparıb, onlarda özlərinə inam yaratdıq. Nəhayət, bələdiyyə sistemində qadınların sayı 35 faizə çatıb. Bələdiyyə əhaliyə yaxın bir sistemdir. Niyə bələdiyyələrdə qadınların sayı az olmalıdır?!".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda qadın problemləri ilə məşğul olan təşkilatların sayı 200-ü ötüb.






Fikirlər