Azərbaycanın bu rayonlarında kişilərin sayı azaldı - SİYAHI

Azərbaycanda gənc kişilərin qadınlara nisbətən az olduğu 11 şəhər və rayonun adı açıqlanıb.

AzerTaym.az xəbər verir ki, unikal.org-un araşdırmasına görə, 2016-cı ilin göstəricisinə əsasən Azərbaycan Respublikasının şəhər və rayonları üzrə 14-29 yaşlı gənclərin sayı 2 milyon 634,2 min (1349,8 kişi, 1284,4 qadın) nəfərə çatıb. Bunların 1348,8 mini şəhərlərdə, 1285,4 min nəfəri isə kənd yerlərində yaşayır.

Ümumi göstəriciyə əsasən, bu yaş qurupunda Azərbaycanının 87 şəhər və rayonlarında yalnız 11 yer üzrə kişilərin sayı qadınlara nisbətən azlıq təşkil edir. Digər şəhər və rayonlar üzrə kişilər sayına görə qadınları üstələyir.
Gənc kişilərin az olduğu rayonların siyahısını oxuculara təqdim edirik.
Naftalan şəhəri 1.2 min kişi, 1.3 min qadın,
Mingəçevir şəhəri 12,9 min kişi, 13.6 min qadın,
Yevlax şəhəri 16,8 min kişi, 17,9 min qadın,
Şirvan şəhəri 12.2 min kişi, 12.3 min qadın,
Cəbrayıl rayonu 10.8 min kişi, 11.0 min nəfər qadın,
Ağdam rayonu 26,0 min kişi, 26. 7 min qadın,
Xocalı rayonu 4.0 min kişi, 4.1 min qadın,
Şuşa rayonu 4,1 min kişi, 4,4 min qadın,
Xocavənd rayonu 6,3 min kişi, 6.4 min qadın,
Zəngilan rayonu 5.8 min kişi, 5.9 min qadın,
Şamaxı rayonu 14,4 min kişi, 14,7 min qadın.
Qeyd edək ki, hesablama Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında hazırlanıb.

 






Fikirlər