ŞOK FAKT — Bəşər Əsəd xəstəxanada ölüm ayağındadır + VİDEO
Son 10 gündür Suriya prezidenti Bəşər Əsədin xəstə olması, beyninə qan sızması, iflic olması və ya cangüdəni tərəfindən güllələnməsi barədə söz-söhbətlər səngimək bilmir. Ölkə.Az xəbər verir ki, ötən gün Suriya prezident administrasiyasının rəsmisi twitter səhifəsində, "Bəşər Əsəd barədə yayılan məlumatlar həqiqəti əks etdirmir" - deyərək bu söz-söhbətə son qoymağa çalışmışdıVisamel Hürra adlı qadın jurnalistin Əsədin yatdığı iddia edilən "Şami" xəstəxanasının əməkdaşı ilə baş tutmuş telefon danışığı Bəşər Əsədin vəziyyəti barədə şübhələri çoxaldıb.Jurnalistlə Dəməşqin Muhacirun zonasında, prezident sarayının yaxınlığında yerləşən və əsasən yüksəkçinli dövlət məmurlarının istifadə etdiyi "Şami" xəstəxanasının əməkdaşı arasında etiraf kimi dialoq baş tutub.Rəsmi Dəməşq Əsədin səhhəti barədə iddiaları inkar etsə də, başda Suriyanın rəsmi xəbər agentliyi "Sana" olmaqla Suriya mətbuatında son 5 gündə Əsədə aid heç bir görüntü yayımlanmayıb.Bəşər Əsədin xəstəxanada olması ehtimalını qüvvətləndirən dialoq:Qadın: Salam. Kişi: Xoş gəldiniz. Qadın: Mən prezident sarayından zəng vururam. Prezidentin səhhəti barədə danışmaq qadağandır. Xəstəxanadan hər cür məlumat verilməsi qadağandır. Kişi: Bura gələn xəstənin kim olduğunu bütün həkimlər bilir. Qadın: Xəstəxanadan prezident barədə heç kimə məlumat verməyəcəksiniz. Bu sirrdir. Kişi: Oldu. Qadın: Kim prezident barədə telefonla da olsa məlumat almaq istəsə verməyəcəksiniz. Kişi: Yaxşı. Oldu. Qadın: Cavabdeh həkimlə, müdirlə danışmaq istəyirəm. Kişi: Bu məsələni başa düşdüm. Məsuliyyəti üstümə götürürəm. Onunla danışacağam. Qadın: Prezident barədə heç kimə məlumat verməsin oldumu? Kişi: Oldu, başa düşdüm. Qadın: Sənin adın nədir? Kişi: Qeydiyyat şöbəsindən Həsən. Qadın: Bağışlayın? Kişi: Qeydiyyat şöbəsindən Həsən. Qadın: Mən prezident sarayından zəng vururam. Mələk Əli Həsən. Oldumu?Kişi: Okey okey. Qadın: Səninlə danışdığım vaxtı qeyd etdim. 12.45 və səninlə danışıram. Sizdən xahiş edirəm prezidentin xəstəxanada olması barədə heç kimə xəbər verməyəcəksiniz. Kişi: Təşəkkür edirəm. Qadın: Təşəkkür edirəm. Dialoq başa çatdıqdan sonra qadın jurnalist bu sözləri deyir: "Şami" xəstəxanasından etiraf etdilər. Bəşər Əsəd xəstəxanadadır.