Hacı İbrahim 5 minə yaxın insanı işsiz qoydu - Borca görə

Hacı İbrahim 5 minə yaxın insanı işsiz qoydu - Borca görə Maddi vəziyyətim pisləşdiyi üçün şirkətlərimdə çalışan 4900 nəfər işçimi ixtisara salmışam”.


"AzerTaym.az" xəbər verir ki, bu sözləri ANS PRESS-ə açıqlamasında iş adamı, “Avesta” konserinin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.

İş adamı maddi sıxıtılara düşməsinə və işçiləri azad etməsinə səbəb kimi Beynəlxalq Bankda onun adına yalandan borc yazılmasını göstərir.

“Mənə məxsus olan “Avesta” konserninin Beynəlxalq Banka 41 milyon manat, “Həsən 96 MMC” şirkətinin isə 50 milyon manat borcu var. Lakin manatın devalvasiyasından iki gün əvvəl həmin məbləği dollara çevrildilər. Bununla da mənə 23 milyon 600 min manat əlavə borc yazıldı. Bu məbləğlərlə birgə adı çəkilən banka olan borcum 450 milyon manat miqdarında müəyyən edildi. Bu kreditlər üzündən maddi vəziyyətim pisləşib və işçiləri azad etməyə məcbur olmuşam” - deyə, o, bildirib.






Fikirlər