“XƏZƏR ADALARI”nda ETİRAZLAR… - Hacı İbrahim işcilərin də pulunu “yeyib”

“XƏZƏR ADALARI”nda ETİRAZLAR… - Hacı İbrahim işcilərin də pulunu “yeyib”Xəzər adaları”nın (Khazar İslands) prezidenti Hacı İbrahim Nehrəmli 3 aydır ki, həmin adada çalışan işçilərin əmək haqqını vermir.

Bu barədə isə “Şərq”ə şirkətin adını çəkilməsini istəməyən fəhlələrindən biri bildirib. Mənbənin məlumatına görə, onlar sonuncu dəfə fevral ayında maaş alıblar: “Bir müddətdir ki, orada fəhlə işləyirəm. Əvvəllər maaşlarımızda müəyyən gecikmələr olsa da, ala bilirdik. Amma indi 3 aydır ki, aylıq üzü görmürük. Hər gün aldadırlar ki, bu gün əmək haqları paylanılacaq. Amma heç nə verilmir. Nə qədər gözləmək, dözmək olar? Rayondan bura gəlmişik ki, ailəmizə 5-3 manat çörək pulu qazanaq. Kirayə haqqını və çörək pulunu dost-tanışdan alıb birtəhər dolanırıq. Artıq fəhlələrin 95 faizi işdən çıxıb. Etiraz aksiyası keçirmək istəyirlər. Aylıqlarının verilməsini tələb edirlər. Insanı işlədib pulunu vermirlər. Belə olmaz axı”.
Göründüyü kimi, Hacı İbrahim Nehrəmli işçilərinin də pulunu verməyib. Bundan sonra verəcəyi də inandırıcı görünmür. Çünki hələ Beynəlxalq Bankdan götürdüyü krediti ödəməlidir. İşçilərin pulunun verilməməsi isə “Xəzər adaları”nda qiyama səbəb ola bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl «Bandotdel»ə aparılan Hacı İbrahim Nehrəmli sonra sərbəst buraxıldı. O, sərbəst buraxılanda baş verənlər haqqında bunları demişdi: “Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, ”Khazar Island” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur”.
Yəni, Hacı Ibrahim Nehrəmli mayın 19-na qədər Beynəlxalq Banka olan 78 milyon dollar borcunu qaytarmalı idi. Amma deyəsən borcunu qaytarmağa pul tapa bilməyib. Çünki o, yenidən saxlanılıb. Onun növbəti dəfə «Bandotdel»ə aparıldığı bildirilir.

“XƏZƏR ADALARI”nda ETİRAZLAR… - Hacı İbrahim işcilərin də pulunu “yeyib”Onu da qeyd edək ki, Bəzi məlumatlara görə isə, Hacı İbrahim mifik “Xəzər adaları” layhəsini rallaşdırmaq adı ilə Beynəlxalq Bankdan 850 milyon dollar götürüb. Ümumilikdə Hacının kredit borclarının məbləğinin 1 milyard dollara yaxın olduğu deyilir.
Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib. Özü də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf edib. Hansı ki, mifik bir layihə adı ilə alıb xərcləyib.
Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə… (AzPolitika.info)






Fikirlər